‣Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin həyat yoldaşı xanım Malama Zeenah İbrahim Zəkzakinin koronavirusa yoluxması və Nigeriya hökumətinin onu xəstəxanaya yerləşdirməməsi Şeyx Zəkzaki tərəfdarlarının etirazına səbəb olub.
‣Məlumatlı mənbələr bildirir ki, yanvarın 20-si Səudiyyə rejiminin vəliəhdi Məhəmməd bin Salman Fransanın prezidenti Emmanuel Makronla telefonla danışıb və külli miqdarda maliyyə müqabilində Səudiyyə rejiminə dəstək verməsini təklif edib.
‣Yəmən xalqı dəstək nümayiş etdirərək ABŞ-ın Sanadakı səfirliyi qarşısında toplaşdı və bu ölkənin hökumətini Ənsarullahı terror təşkilatı adlandırdığı üçün qınadı. Nümayişçilər ABŞ-ı Yəmən xalqına qarşı törədilən qətliamda Səudiyyə rejiminin təcavüzkar koalisiyasının əsas dəstəkçisi adlandırdılar, "ABŞ-a ölüm, İsrail rejiminə ölüm" şüarları səsləndirdilər.
‣İsrail rejiminin generalı özlərinin Hərbi Hava Qüvvələrinin üstünlüyü itirildiyini etiraf edərək, rejimin hər hansı yeni hərbi addım atacağı təqdirdə, misli görünməmiş fəlakətlə qarşılaşacağı barədə xəbərdar edib.
‣Suriya Xarici İşlər Nazirliyinin nümayəndəsi ölkə rəsmiləri ilə İsrail rejimi arasında hər hansı görüş xəbərini qətiyyətlə təkzib edərək, Dəməşqin Fələstin iddiasını müdafiə etmək və işğal edilmiş torpaqlarının İsrail rejiminin nəzarətindən tamamilə azad edilməsindəki mövqeyinin möhkəm və prinsipial olduğunu vurğulayıb.
‣Yanvarın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
‣Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi çərşənbə günü yaydığı bəyanatda, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkə vətəndaşlarının 12 ölkəyə səyahət etmələrini qadağan edib. Həmin ölkələrin arasında İran, Suriya, Livan və Yəmənin adı var.
‣Livanın Hizbullah hərəkatı Yəmənin Ənsarullah hərəkatı ilə həmrəyliyini elan edərək, ABŞ-ın bu hərəkatı terror təşkilatı elan etmək qərarını kəskin qınayıb. "ABŞ Dövlət Departamentinin Yəmənin Ənsarullah hərəkatını və onun baş katibi Seyid Əbdül-Malik Bədrəddin əl-Husini və döyüşçülərini terrorçu kimi təsnif etməsi qərarı, Yəmən xalqının ruhunu zəiflətməyə yönəlmiş cinayətdir”, - deyə Hizbullah təşkilatı yayımladığı bəyanatda qeyd edib.
‣Yeni ABŞ təhlükəsizlik şirkətləri İraqdakı Əynul Əsəd bazasında yerləşdirilib. ABŞ, İraqın qərbindəki Ənbar əyalətindəki Əynul Əsəd hava bazasında yeni təhlükəsizlik şirkətləri yerləşdirib. Təhlükəsizlik mənbələrindən biri yeni təhlükəsizlik şirkətlərindən ibarət qrupun təyyarə ilə Ənbar əyalətinin qərb hissəsindəki Əynul Əsəd hava bazasına gəldiyini qeyd edir.
‣RF, Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşünün yekunlarına görə regionda iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin açılması üçün yaradılan İşçi Qrupa Ermənistan tərəfdən Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan rəhbərlik edəcək.
‣Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Yəməndəki pisləşən humanitar vəziyyətə cavab olaraq, yəmənlilərin əksəriyyətinin Səudiyyə rejiminin koalisiyasının təcavüzü səbəbindən sağlam içməli sudan məhrum olduqlarını bildirib. BQXK “Twitter” səhifəsində yəmənlilərin üçdə ikisinin sağlam içməli sudan və zəruri tibbi xidmətlərdən məhrum olduqlarını qeyd edib.
‣Yəmənin paytaxtı Sənadakı İnsan Hüquqları Komitəsi Səudiyyə rejimi-BƏƏ təcavüzkar koalisiyasının Yəməndəki cinayətləri barədə hesabat hazırlayıb və Yəmən xalqının 60%-dən çoxunun aclıqdan əziyyət çəkdiyini vurğulayıb.
‣İran parlamentinin Sədrlik Şurasının üzvü Əhməd Əmirabadi Fərahani bildirib ki, İrana qarşı tətbiq olunan sanksiyalar 21 fevral tarixinədək ləğv edilməsə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərini ölkədən mütləq çıxaracaqlar.
‣Yəmənin Ənsarullah hərəkatının Siyasi Şurasının yüksək səlahiyyətli üzvü Məhəmməd Əl-Buxaiti tövsiyə edib ki, BƏƏ Yəmənə qarşı müharibə yükündən və İrana qarşı əsassız düşmənçilikdən qurtulmalıdır.
‣Yəmənin Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüs-Salam BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi martin Qriffitsi Yəmən xalqının əzablarını görməzlikdən gəldiyi və bəzi faydasız görüşlərdə iştirak etdiyi üçün tənqid edib.
‣Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah dünən (8 yanvar) axşam çıxış edərək ABŞ-dakı proseslərə toxunub və amerikalıların Trampın təhlükəsini son hadisələrlə başa düşdüklərini bildirib.