header

 Azərbaycan Respublikasına qarşı ən sərt bəyanatları ilə tanınan və Konqres dinləmələrində Azərbaycanla əlaqələrin səviyyəsinin endirilməsinə çağıran amerikan diplomat Ceyms OBrayen Bakıya gəlir.

Bazar ertəsi ABŞ, Avropa və Avrasiya üzrə baş diplomatını Azərbaycana göndərəcəyini bəyan edib.
Dövlət Departamentinin bəyanatında deyilir ki, dövlət katibinin köməkçisi Ceyms O'Brayen Bakı və Buxarestə göndərir. O, dekabırın 6 da Bakıda olacaq.
Ceyms O'Brayen bəyan edib ki, Vaşinqton Bakıya hərbi və digər yardımları dayandırıb, bir sıra yüksək səviyyəli səfərləri ləğv edib və İrəvanla danışıqlarda irəliləyiş əldə olunmayana qədər ikitərəfli münasibətlər normallaşmayacaq. Bunun ardınca isə ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan S.3000 qanun layihəsini təsdiqləyib.
Bunun ardınca Azərbaycan XİN və Milli Məclisi Ceyms O'Brayen simasında ABŞ-a qarşı sərt bəyanatlar səsləndirdilər.
Bütün bu etirazlara baxmayaraq noyabrın 27-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikası prezidenti İlham Əliyevə zəng edərək, Bakı tərəfindən misli görünməmiş sərt tənqidlərin hədəfinə çevrilən Ceyms O'Brayen-i Bakıya göndərmək istədiyini bildirdikdə Azərbaycan Prezidenti bununla razılaşmalı olub.
Ümumi fikirə görə  Amerika Azərbaycana qarşı ən sərt mövqedə olan diplomatını Bakıya qəbul etdirməklə Azərbaycan Respublikasına öz yerini göstərmək istəyib.
Öz növbəsində Bakı iddia edir ki, Əliyev “bu səfərdən sonra Azərbaycanın yüksək rütbəli məmurlarının ABŞ-a səfərinə qoyulan əsassız qadağanın aradan qaldırılması şərti ilə bu təkliflə razılaşıb”.
Halbuki Ceyms O'Brayen-in bəyanatları Azərbaycan hökuməti tərəfindən “qərəzli” kimi qəbul edilmiş və noyabrın 20-də Vaşinqtonda Ermənistanla planlaşdırılan görüşün ləğvinə səbəb olmişdu.Bunun ardınca Azərbaycanın iqtidaryönlü mediasında anti-Amerika kampaniyası başladı və hakimiyyət USAİD-in fəaliyyətinin qadağan edilməsinin zəruriliyini açıq şəkildə bəyan etdi. Eyni zamanda “Qərb casuslarını” ifşa etmək və xeyli jurnalistin həbsi kampaniyası başlandı.
İndi rəsmi Bakı tərəfindən Azərbaycanın düşməni və ən ermənipərəst diplomat kimi xarakterizə etdiyi Ceyms O'Brayen bir zənglə Bakıya qəbul etdirilib.
Azərbaycana qarşı barışmaz mövqedə olan O'Brien Bakıya ultimatum vermək üçünmü gəlir?
Azərbaycanda səfir olmuş Riçard Kaozlariç TURANın Vaşinqton müxbirinə deyib ki, O'Brayen ABŞ-da təhsil almış azərbaycanlı tələbələrin agent olması ilə bağlı ittihamlara son qoyulmasını tələb edəcək və qərbyönümlü jurnalistlərin davam edən həbsləri və Qubad İbadoğlunun həbsi məsələsini qaldıracaq. O Azərbaycana ABŞ-la münasibətlərini hər vəchlə qoruyub saxlamalı olduğunu və əna əsas məsələ olaraq Ermənistanla sülh prosesinin ABŞ-ın mülahizələri əsasında aparmalıdır.

Azərbaycan Respublikasına qarşı ən sərt bəyanatları ilə tanınan və Konqres dinləmələrində Azərbaycanla əlaqələrin səviyyəsinin endirilməsinə çağıran amerikan diplomat Ceyms OBrayen Bakıya gəlir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-05-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap