header

 Sionist diplomatlar düşərgəsinə vəlvələ düşüb

 Sionist diplomatlar düşərgəsinə vəlvələ düşüb

Sionist rejim diplomatları düşərgəsində dəhşət; Sionist rejimin 28 diplomatik nümayəndəliyi bağlanıb!

İranın intiqamından olan qorxu, bütün dünyada sionist rejim diplomatlarının yuxusunu ərşə çəkib. Onlar etiraf edirlər ki, vəziyyət çox qorxuncdur və durumun hara gedib çıxacağını bilmirlər.

Sionist rejim qırıcıları aprelin birində İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsini raket hücumları hədəfinə çevirdilər. Bu təcavüz nəticəsində on üç nəfər, o sıradan İranın hərbi attaşe qüvvələri və diplomatik korpusun üzvlərindən yeddi nəfər şəhid oldu.

Livanın Ələhd saytı bir məlumatda sionist rejimin xarici işlər nazirliyinin təhlükəsizlik bölməsinin bu rejimin daxili təhlükəsizlik agentliyi- ŞABAK-ın koordinasiyası ilə qəbul etidiyi qərarın ardınca sionist rejimin bütün dünyadakı iyirmi səkkiz nümayəndəliyinin bağlanmasına işarə edib və onun səbəbini təhlükəsizlik xəbərdarlıqları və Təl-Əvivin İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə qarşı hücumundan sonra İranın intiqam mahiyyətli əməliyyatının qorxusu adlandırıb.

Sionist rejim medialarının məlumatlarına görə, bu rejim Qəzzəyə qarşı müharibənin başlandığı zamandan bəri öz səfirliklərində hazır vəziyyət elan edib, amma  İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə qarşı terror əməliyyatının ardınca özünün Misir, İordaniya, Bəhreyn, Mərakeş, Türkmənistan, Ankara və İstanbuldakı nümayəndəlik ofislərini boşaldıb və dünya səviyyəsindəki bütün nümayəndəliklərindəki hazırlıq vəziyyətini kəskinləşdiribdir.

Bu istiqamətdə, sionist «Yediot Aharonot» qəzeti/ sionist rejimin bütün dünyadakı diplomatlarına istinadla/ bu rejimin dünyanın müxtəlif bölgələrindəki nümayəndəliklərinə hakim kəsilmiş dəhşəti etiraf edibdir.

Sionist rejim diplomatları düşərgəsində dəhşət; Sionist rejimin 28 diplomatik nümayəndəliyi bağlanıb!
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-07-2024
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap