header

 BMT-nin baş katibi Novruz təbrikinə qoşuldu

 BMT-nin baş katibi Novruz təbrikinə qoşuldu

BMT-nin baş katibi Antonio Quterreş Novruz bayramı və 1403-cü yeni günəş il ilə bağlı təbrik çıxışında bu ilin hamıya sülh və əmin-amanlıq gətirəcəyinə ümid etdiyini bildirib.

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Quterreş yeni günəş il ilə bağlı təbrik müraciətində deyib: “Əziz dostlar, Novruz yeniliyin və təzə başlanğıcın bayramıdır. Yeni ilin daxil olması, yazın gəlişi və təbiətin yenidən doğulması demkdir.

 “Bu bayram müxtəlif soylar və millətlərdən olan milyonlarla insanı bir araya gətirir. Bu çətin dövrdə Novruz bizi anlaşmaya, mehriban qonşuluğa və barışığa səsləyir” –deyə söyləyən BMT-nin baş katibi daha sonra əlavə edərək bu bayramın Birləşmiş Millətlər Təşkilatının məqsəd və dəyərlərini, insan haqları və bəşəriyyətin ləyaqətini təbliğ etdiyini qeyd edib.

 “Belə olduqda gəlin, hamımız Novruz ruhiyyəsi ilə yolumuza davam edək. Gəlin birlikdə fikir ayrılıqlarını həll etməyə, vəhdətimizi gücləndirməyə və bir-birimizə dəstək olmağa daha çox can ataq. Qoy baharın şəfəqi qəlbimizdə yeni ümid qığılcımını işıqlandırsın. Mən ümid edirəm ki, biz bir ailəsi kimi daha parlaq gələcəyə doğru irəliləyə bilərik.”- Quterreş diqqətə çatdırıb.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi sözünün davamında vurğulayıb: “Novruz bayramını qeyd edən hər kəsə uğurlar arzulayıram. Ümid edirəm ki, hər kəsə sülh, sağlamlıq və xoşbəxtlik gətirəcək”

BMT-nin baş katibi Antonio Quterreş Novruz bayramı və 1403-cü yeni günəş il ilə bağlı təbrik çıxışında bu ilin hamıya sülh və əmin-amanlıq gətirəcəyinə ümid etdiyini bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-20-2024
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap