‣İranın Şərqi Azərbaycan əyalətində baş verən zəlzələdə ölənlərin sayı 5 nəfərə çatıb. Maide.Az xəbər verir ki, bunu Şərqi Azərbaycan əyalətinin böhranın idarəetmə idarəsinin baş direktoru Məhəmməd Baqir Hünərbər bidlirib.
‣İranın İnqilab Keşikçiləri Ordusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Səlami ABŞ-ın son 40 ildə birbaşa və ya bilvasitə olaraq başlatdığı müharibələrdə 8.5 milyon insanın ölümünə səbəb olduğunu bildirib.
‣İranın Xarici İşlər Nazirliyi bildirib ki, Amerika hökumətinin Suriya ərazisinin işğalına son qoymaq və amerikalı hərbçilərin həmin ölkədən çıxmaları barədəki qərarı bundan çox-çox əvvəllər həyata keçirilməli idi.
‣Oktyabrın 1-də KİV-lərdə əlamətdar xəbər sayrışdı. Səudiyyə Ərəbistanının rəhbərliyi Tehrana danışıqlar haqda təklif göndərib. Təbii, birbaşa deyil. İraqın baş naziri Adil Əbdülmehdini vasitəçi göstərirlər. Habelə tərəflərin mövqeyini yoxlamaq üçün Ciddədə baş tutacaq ilkin danışıqların adı çəkilir.
‣Tehranın cümə imamlarından Ayətullah Məhəmməd İmamiyi Kaşani oktyabrın 4-ü cümə xütbəsində İraqdakı ixtişaşlar və düşmənlərin bu hadisələrdəki roluna toxunaraq, belə deyib: “Düşmənlər Ərbəin mərasimlərinin görkəmli reallaşmasını istəmədikləri üçün problemlər törədirlər, amma Ərbəin yürüşü daha da görkəmli təşkil ediləcək”.
‣iranın İnqilab Keşikçiləri (SEPAH) ordusunun xarici əməliyyatlarına cavabdeh Qüds Qüvvələrinin komandanı general-mayor Qasım Süleymani Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin Əsərlərin Mühafizəsi və Yayımı Ofisinə müsahibə verərək deyib ki, əgər sionist İsrail rejimi və Livan arasında baş vermiş 33 günlük müharibə dayanmasaydı, İsrail rejiminin ordusu dağılacağdı.
‣İranın İnqilab Keşikçilərinin Dəniz Qüvvələrinin komandiri kontradmiral Əli Fədəvi Yəmən tərəfindən Səudiyyə rejiminin minlərlə təcavüzkar əsgərinin əsir alınmasının müqavimət cəbhəsinin gücünü və ABŞ-ın bölgədəki siyasətinin uğursuzluğunu göstərdiyini vurğulayıb.
‣İranın prezidenti Həsən Ruhani Nyu-Yorkdan vətənə qayıtdıqda burada jurnalistlərə verdiyi açıqlamasında, Avropa ölkələrinin Aramco neft şirkətinin obyektlərinə kimin hücum etdiyini bilmədiklərini deyib.
‣İran prezidenti region xalqları arasında ayrılığı Amerika və sionizmin istəyi adlandırıb. O, vurğulayıb ki, İranın məntiqi, Fars Körfəzi və Hörmüz boğazı üçün daxili təhlükəsizlikdir və xarici qüvvələrin bu bölgədə iştirakı problem yarada bilər.
‣İran İslam Respublikasının xarici işlər naziri ABŞ-ın Fars Körfəzindəki hərbi və siyasi hərəkətlərini tənqid edərək, deyib: Amerika bilməlidir ki, bölgədə müharibə başlayan tərəf sonda onu başa vuran tərəf olmayacaqdır.