‣Səid ibn Abdullah Hənəfi şücaətli bir şəxs olmaqla yanaşı, Kufədə şiə böyüklərindən idi. Son qasid olaraq kufəlilərin məktubunu Məkkədə İmam Hüseynə (ə) təhvil verdi. İmam (ə) da Kufə əhalisinə cavab olaraq Müslim ibn Əqili göndərməmişdən qabaq onu özünün qasidi kimi Kufəyə göndərdi. O, Müslim Kufəyə gələnə qədər orada qaldı və onunla beyət etdi. Müslim ibn Əqil də Səid ibn Abdullahı yenidən bir məktubla İmam Hüseynin (ə) yanına göndərdi.
‣Məhərrəm ayının 13-dən artıq İmam Hüseynin (ə) qiyamının əks sədası özünü göstərməyə başladı. Bu müqəddəs işi Xanım Zeynəb (s) başlatdı. İbn Ziyad Xanımı cəzalandırmaq istədi. Bacarmadı. Bu artıq İmam Hüseyn (ə) hərəkatının ilkin rezonansı idi.