Borclarını ödəməyənlər oxuyun...
Posted on :
Aşura
09/28/2019
Musa ibn Ümeyr atasından nəql edir ki, İmam Hüseyn (ə) Aşura günü mənə belə buyurdu:
نادِ أَنْ لا يُقْتَلَ مَعي رَجُلٌ عَلَيْهِ دَيْنٌ وَ نَادِ بِها فِي الْمَوالي فَإِنّي سَمِعْتُ رَسُولَ اللّهِ(صلى الله عليه وآله) يَقُولُ: مَنْ ماتَ وَ عَلَيْهِ دَيْنٌ أُخِذَ مِنْ حَسَناتِهِ يَوْمَ الْقِيامَةِ
“(Bütün dostlarıma) elan et ki, kimin borcu varsa, mənimlə ölümə getməsin, çünki mən Allah Rəsulundan (s) eşitmişəm ki, buyurub: “Kim dünyadan borcu olan halda getsə, Qiyamət günü onun yaxşılıqlarından götürüləcək.”
(“İhqaqul-həqq”, c.19, səh.429.)