İmam Rza (ə) hərəmi Ərbəin zəvvarları üçün səyyar tibb məntəqələri göndərdi
Posted on : Aşura 10/07/2019
Müqəddəs İmam Rza (ə) hərəmi Ərbəin zəvvarlarına xidmət göstərmək üçün tibbi ləvazimatla təchiz edilmiş 4 avtobus göndərib.
İslaminSesi.info Afaq.tv-yə istinadən bildirir ki, müqəddəs hərəm 4 avtobusla bərabər 120 nəfər tibb işçisi də ezam edib.
Rəzəvi Xəstəxanası tərəfindən ezam edilən səyyar xəstəxana rentgen, laboratoriya və əməliyyat imkanlarına malikdir.
Səyyar xəstəxana Nəcəf-Kərbəla yolu üzərində 320-ci “əmudun” yanında 10 gün müddətində zəvvarların xidmətində olacaq.