‣Yəmən milli qurtuluş hökumətinin Xarici İşlər Nazirliyi bu gün səhər saatlarında BMT Təhlükəsizlik Şurasının bu ölkənin silahlı qüvvələrinin Qırmızı dənizdəki əməliyyatlarına dair bəyanatına reaksiyada vurğulayıbdır ki, bu əməliyyatlar sionist rejimin Qəzzəyə qarşı hərbi təcavüzünün dayanacağı zamanadək davam edəcək.
‣Yəmən silahlı qüvvələrinin sözçüsü, bu ölkə ordusunun hərbi dəniz qüvvələrinin Ədən körfəzində «Likavitos» adlı bir İngiltərə gəmisini münasib raketlə hədəfə aldığını və Allah-Taalanın lütfkarlığı ilə raketin ona dəydiyini bildirib.
‣Yəmən Ənsarullah hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin deyib: Məhz Amerika zabitləri sionist rejimin Qəzzə əhalisinə qarşı cinayətləri və müharibəsini idarə edirlər. Yəmənə qarşı gərginliyi şiddətləndirməsi Amerikaya baha başa gələcək.
‣Qırğızıstanın xüsusi təhlükəsizlik xidmətləri bu ölkənin cənubundakı Cəlalabad şəhərində Yeni il ərəfəsində kilsəyə edilən hücumun və terror əməliyyatı həyata keçirmək cəhdinin qarşısını aldıqlarını açıqlayıb.