header

 Türkiyənin İsrailə qarşı iqtisadi sanksiyaları Təl-Əvivi qəzəbləndirib

 Türkiyənin İsrailə qarşı iqtisadi sanksiyaları Təl-Əvivi qəzəbləndirib

Təl-Əviv ABŞ-ı Türkiyəyə qarşı sanksiya tətbiq etməyə çağırır

Sionist rejimin xarici işlər naziri Ankaranın bəzi malların Təl-Əvivə ixracına məhdudiyyətlər tətbiq etmə qərarına reaksiya verib və Amerikaya müraciət edəcəkləri ilə hədələyib.

"Anadolu"nun məlumatına görə, sionist rejim Türkiyənin Təl-Əvivə qarşı hərəkətinə reaksiya verib. 

Sionist rejimin xarici işlər naziri Yisrail Katz bir bəyanatda deyib: "Türkiyə bəzi malların Təl-Əvivə ixracına məhdudiyyətlər tətbiq etməklə ticarət razılaşmalarını birtərəfli qaydada pozub". 

O, ABŞ-da hökumət və təşkilatlarla əlaqə saxlayacaqları, Vaşinqtona şikayət edəcəkləri və Türkiyəyə qarşı sanksiyaların tətbiqi kimi təşəbbüslərə əl atacaqları ilə hədələyib. 

Katz bildirib ki, sionist rejim Türkiyəyə qarşı lazımi və paralel tətbirlər görəcək və bu rejimin havadarlarını Türkiyədə investisiyalarını dayandırmağa çağırıb.

Katz söz verib ki, sionist rejimin nazirlər kabineti Türkiyədən ixracına qadağa qoyulacaq məhsulların siyahısını hazırlayacaq".

Sionist rejimin xarici işlər naziri əlavə edib: "Amerika Konqresindəki dostlarımızdan da Türkiyə tərəfindən boykot qanunlarının pozulmasını araşdırmalarını və Türkiyəyə qarşı sanksiyalar tətbiq etmələrini xahiş etdik".

Qeyd edək ki, bundan əvvəl Türkiyənin Ticarət Nazirliyi aprelin 9-dan etibarən bəzi məhsulların işğal olunmuş ərazilərə ixracını məhdudlaşdıracağını açıqlamışdı. Nazirlik açıqlamasında bildirib ki, işğal olunmuş ərazilərə ixraca qoyulan məhdudiyyətlər Qəzzədə atəşkəs bərqərar olunana qədər qüvvədə qalacaq.

Rəsmi Ankara bildirib ki,  İsrailə ixracı məhdudlaşdırmaq qərarına tikinti avadanlıqları, dəmiri, polad, mərmər daşı, keramika, sement, Alüminium, kərpic, kimyəvi gübrələr, həmçinin raket və təyyarə yanacağı da daxil olmaqla 54 məhsul daxildir.

Bu, Qəzzə müharibəsindən və sionist rejimin bu zolağa təcavüzündən altı ay keçdikdən sonra Ankaranın ilk əhəmiyyətli addımıdır. Türkiyə hökuməti dəfələrlə Qəzzə zolağına edilən vəhşi hücumlara görə Təl-Əvivi qınayıb, lakin Ankara rəsmilərinin sərt açıqlamalarına, həmçinin daxili təzyiq və tənqidlərə baxmayaraq, Türkiyə sionist rejimlə ticarət əlaqələrini davam etdirir.

Türkiyənin Ticarət Nazirliyinin bəyanatının digər bir hissəsində deyilir: "Bu qərar Təl-Əviv beynəlxalq öhdəlikləri çərçivəsində Qəzzədə dərhal atəşkəs elan edənə və Qəzzə zolağına kifayət qədər və fasiləsiz humanitar yardım axınına icazə verənə qədər qüvvədə qalacaq". 

Təl-Əviv ABŞ-ı Türkiyəyə qarşı sanksiya tətbiq etməyə çağırır
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-10-2024
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap