İsrail rejimi gəmilərinə qarşı əməliyyatlar davam edəcək
İsrail rejimi gəmilərinə qarşı əməliyyatlar davam edəcək
Posted on : Digər sahələr 03/19/2024
Yəmən milli qurtuluş hökumətinin Xarici İşlər Nazirliyi bu gün səhər saatlarında BMT Təhlükəsizlik Şurasının bu ölkənin silahlı qüvvələrinin Qırmızı dənizdəki əməliyyatlarına dair bəyanatına reaksiyada vurğulayıbdır ki, bu əməliyyatlar sionist rejimin Qəzzəyə qarşı hərbi təcavüzünün dayanacağı zamanadək davam edəcək.
Yəmən milli qurtuluş hökumətinin Xarici İşlər Nazirliyi bu ölkənin silahlı qüvvələrinin Qəzzəyə dəstək istiqamətində həyata keçirilən Qırmızı və Ərəb dənizlərindəki əməliyyatlarının BMT Təhlükəsizlik Şurası tərəfindən pislənilməsindən təəssüf ifadə edib.
Nazirlik əlavə edib: Təhlükəsizlik Şurasının Qırmızı və Ərəb dənizlərindəki əməliyyatlara dair bəyanatı İsrail rejiminin vəhşiliklərini himayəyə yönələn Amerikanın tələbinə boyun əyməkdən xəbər verir.
Bəyanatda deyilir: BMT Təhlükəsizlik Şurasının iki yüz günə yaxın bir müddətdə/ sionist düşmənin Qəzzədə uşaqlar və qadınlara qarşı törətdiyi gündəlik qırğını pisləyən bir bəyanatı verə bilməməsi, utancgətiricidir.
Təhlükəsizlik Şurası yaxşı olardı ki, vasitəsilə/ Qəzzə əhalisinə qarşı minlərlə qətli-amın törədildiyi Amerika silahlarının qəsbkar sionist rejimə təqdim edilməsinin qarşısını alsın- deyə, Yəmən Xarici İşlər Nazirliyi bildirib.
Bəyanatın davamında deyilir: Bir daha vurğulayırıq ki, Yəmənin Qırmızı və Ərəb dənizlərindəki əməliyyatlarının Qəzzə hadisələri ilə sıx əlaqəsi var və bu, Yəmən xalqının, həmçinin bütün region və dünya xalqlarının himayələrinə malik olan/ müstəsna humanitar bir mövqedir.
Yəmən Xarici İşlər Nazirliyi əlavə edib: Sionistlərin Qəzzəyə qarşı cinayətkarcasına təcavüzləri dayanmayana və Qəzzə əleyhinə blokada aradan qaldırılmayanadək/ Yəmən silahlı qüvvələrinin əməliyyatları davam edəcək və dayanmayacaqdır.