Yəhudilər İlham Əliyevi dəstəkləyir
Yəhudilər İlham Əliyevi dəstəkləyir
Posted on : Digər sahələr 01/11/2024
Azərbaycanda yəhudi dini mədəni mərkəzi inşa edilir.Bu barədə Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev jurnalistlərə açıqlamasında məlumat verib.
"Azərbaycan Prezidentinin Sərəncamı ilə yəhudi dini mədəni mərkəzi tikilir. Bu, yəhudilər üçün önəmli dəyərdir. Bundan öncə də dağ yəhudiləri üçün ibadət ocağı olan sinoqoq tikilmişdir. Bütün bunlar Azərbaycan dövləti tərəfindən həyata keçirilir", - o qeyd edib.
Milix Yevdayev yəhudilərin Prezident seçkilərində İlham Əliyevi dəstəklədiklərini də bəyan edib.
Dağ yəhudiləri dini icmasının sədri bu barədə “Dinin siyasiləşdirilməsi: zərərli təsirlər” mövzusunda konfransda çıxışı zamanı deyib.
Milix Yevdayev həmişə olduğu kimi şübhə doğuran formada Ermənistan deyil ümumiyyətlə erməni xalqını hədəfə alıb: “Vətən müharibəsində Azərbaycan tək erməniyə deyil, erməni xislətinə də qalib gəldi”,- Yəhudi icmanın sədri deyib.
Milix Yevdayev həmişə hər bir fürsətdə etnik erməniləri hədəfə alır. Onun son 30 il ərzində Ermənistanın işğalçılığına, Qarabağdakı separatçıların qeyri-qanuni fəaliyyətlərinə reaksiya verməməsi və sadəcə etnik ermənini təhqir etməsi və etnik ermənilərə qarşı nifrəti təbliğ etməsi onun həqiqi niyyətləri barədə ciddi şübhələrə səbəb olub. Sionist rejimlə sıx əlaqədə olan bu adam özünü Azərbaycan xalqına dost kimi göstərsə də əslində Azərbaycanlılarla ermənilər arasında nifrətin səngiməməsi və bunun nəticəsi olaraq Cənubi Qafqazda davamlı sülhün reallaşmaması məqsədini güdür.