header

 Kermandakı terror partlayışları dünya medialarında

 Kermandakı terror partlayışları dünya medialarında

Onlarla günahsız insanın şəhadəti və yaralanması ilə nəticələnən dünən Kermanda törədilən cinayətkar terror partlayışları dünyanın tanınmış medialarının diqqət mərkəzində olub.

Britaniyanın “Sky News”, “ITV”, “The Guardian” , Amerikanın “The New York Times”, “CNN”, “Fox News Channel”, “Associated Press” və  “The Washington Post”, Almaniyanın “Der Spiegel”, Fransanın “France 24”, Rusiyanın “Russia Today” kimi tanınmış mediaları, ərəb dilli “Əl-Məyadin”, “Əl-Cəzirə”, “Əl-Ərəbi-əl-cədid”, “Ənnəşrə” və  “Rusiya Əl-yəum” kimi beynəlxalq medialar İranın Kerman şəhərində şəhidlər məzarlığında törədilən terror aktı ilə bağlı geniş materiallar dərc ediblər.

Sky News Kermandakı terror partlayışının Beyrutda HƏMAS liderlərindən birinin şəhadəti ilə nəticələnən terror partlayışından bir gün sonra baş verməsinə diqqət çəkib.

Sky News həmçinin Kerman partlayışının dünya şöhrətli müqavimət sərkərdəsi Şəhid Süleymaninin məzarını ziyarət edənləri hədəfə aldığını vurğulayır General Süleymaninin barəsində və onun Amerika cinayətkarları tərəfindən şəhid edilməsi əməliyyatı xüsusinda ətraflı şərh təqdim edib.

İngiltərənin tanınmış ITV telekanalı da Kermandakı terror aktının qərbi Asiyada geniş böhran şəraitində baş verdiyini sionist rejimin Qəzzədə fələstinliləri qırğın əməliyyatı dövrünə təsadüf etdiyini xatırladıb. Bu telekanal Şəhid Süleymani barədə də geniş məlumat verib,onun İranda milli simvola çevrildiyini xatırladıb.

The Guardian qəzeti isə Petrik Vintorun qələmindən dərc etdiyi məqalədə xatırladıb ki, İranda komikadze əməliyyatları olmur. Kermandakı terror aktının İsrail tərəfindən idarə edilməsi hələ aydınlaşdırılmayıb. Qəzet Kerman partlayışlarının İranla sionist rejim arasında böhranın artdığı zamana təsadüf etdiyini yazır.

The New York Times da Kerman partlayışlarının HƏMAS komandanlarının terror edilməsi ilə eyni vaxta təsadüf etdiyini xatırladır.

CNN Kermanda baş verən terror aktı ilə bağlı ətraflı məlumatı əhatə edən reportaj təqdim edib.

Fox News isə İran ilə ABŞ və sionist İsrail rejimi ilə gərginliyin artdığı bir şəraitdə Kermanda terror partlayışlarının tərədildiyinə diqqət çəkərək dolayısı ilə ABŞ və İsrailin bu terrorda əlinin olduğuna eyham vurub.

Associated Press İranın dəstəklədiyi müqavimət məhvərinin son günlərdə sionist İsrail rejiminin Qəzzədə Fələstinlilərə qarşı həyata keçirdiyi soyqırımına cavab olaraq bu rejimə və onun himayəçisi olan ABŞ-a qarşı hücumlar həyata keçirdiklərini xatırladır və İrandakı terror aktının buna cava ola biləcəyi ehtimalını ortaya atır.

Spiegel Kermandaı terror aktının təfərrüatı barədə məlumat dərc edərək bu hadisənin qərbi Asiyada qoqquşmaların daha da şiddətlənməsinə gətirib çıxaracağını ehtimal edib.

France 24 isə sionist İsrail rejiminin İranın nüvə alimlərinə qarşı terror əməliyyatlarını yada salır və Kerman terrorunun da bunun davamı ola biləcəyinə diqqət çəkir. Eyni zamanda İŞİD-in keçmişdə İranda terror aktları törətdiyini xatırladır və Kerman partlayışlarında İŞİD-in əlinin olmasını da istisna etmir.

Maraqlıdır ki, Sionist rejimin Tims of İsrail və The Jerusalem Post mediaları da Kermanda törədilən terror aktı ilə bağlı diqqəti daha çox İŞİD terroruna çəkir və İŞİD-çilərin vaxtı ilə İranın cənub qərb və cənub şərq bölgələrində terror əməliyyatları həyata keçirdiklərini xatırladır.

The Wall Street Journal isə qəribə bir məlumat dərc edib. Qəzet bildirib ki, İsrail rejimi öz müttəfiqlərinə məlumat verərək, İrandakı partlayışlarda əlinin olmadığını bildirib. Qəzet sionist rejimin bu barədə hansı ölkələrə məlumat verdiyini yazmayıb.

Ərəb dilli medialar da daha çox Kermandakı terror partlayışlarını Qəzzədə sionist rejimini fələstinlilərə qarşı terroru zəminində təhlil etməyə üstünlük veriblər.

Yanvarın 3-cündə yerli vaxtla saat 14:45 dəqiqədə İranın Kerman şəhərinin şəhidlər məzarı kompleksində şəhid General Qasim Süleymaninin zəvvarlarının hərəkəti yolunda törədilən 2 terrorçu partlayış nəticəsində ən son məlumata görə 103 nəfər şəhid olub, 141 nəfər isə yaralanıb.

Onlarla günahsız insanın şəhadəti və yaralanması ilə nəticələnən dünən Kermanda törədilən cinayətkar terror partlayışları dünyanın tanınmış medialarının diqqət mərkəzində olub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-04-2024
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap