Lənkəranda Ana Dili Gününün keçirilməsinə maneə törədilib
Lənkəranda Ana Dili Gününün keçirilməsinə maneə törədilib
Posted on : Digər sahələr 02/22/2024
Lənkəranda Ana Dili Gününə həsr edilmiş tədbiri keçirmək istəyən qadınlar polis qadağası ilə üzləşib.
Meydan TV-ə danışan Lənkəran şəhər sakini Könül Rəsul deyib ki, onlar kafedə toplaşıb kiçik tədbir keçirmək istəyiblər, lakin polis bunun qarşısını alıb.
O qeyd edib: “Belə qərara gəlmişdik ki sosial şəbəkələrdə talış dilində şeir deyən balaca uşaqları tapaq və onlara hədiyyələr verək. Bundan xəbərdar olan kimi Lənkəran Rayon Polis şöbəsinin rəhbərliyi tədbirin təşkilinə müdaxilə etdi, kafe sahiblərini polisə aparıb qorxudublar. Belə çıxır ki, öz ölkəsində yaşayan millətə ana dilində tədbir keçirməyə icazə verilmir. Məgər mənim belə bir haqqım yoxdur?”.