header

 İŞİD-çilərin uşaqları Azərbaycana qaytarılıb

 İŞİD-çilərin uşaqları Azərbaycana qaytarılıb

Fevralın 20-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 2-i qadın olmaqla 7 nəfər Azərbaycan vətəndaşının Bakıya repatriasiyası həyata keçirilib.

Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, ilk mərhələdə repatriantların Türkiyə ərazisinə keçidi təşkil olunub və oradan Bakıya gətiriliblər.

Xatırladaq ki, indiyə qədər Suriya və İraqdan Azərbaycana 450-yə yaxın adam repatriasiya edilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 1477 nəfər Azərbaycan vətəndaşı sələfi-təkfirçi İŞİD terror qruplaşması tərkibində iştirak etmək üçün bu ölkələrə gedib. Onlardan 903-ü ölüb. Terrorçuların çoxunun öləndən sonra uşaqları olub. 

2023-cü ildə İraqdakı düşərgələrdən birində 120-yə yaxın uşaqlı qadın Azərbaycana qayıtmaq üçün müraciət edib.

Vaxtı ilə Azərbaycan Respublikasında bəzi əcnəbi dövlətlərin nüfuzu nəticəsində bu ölkə xalqının ənənəvi inanclarına zidd olan vəhabi düşüncəsinin yayılmasına şərait yaradıldı. Həmin dövrdə yetişdirilən təkfirçilər İraq və Suriya xalqlarına qarşı İŞİD terror qruplaşması meydana gəldikdə onun sıralarına qatıldılar. Həmin təkfirçi azərbaycanlılar İŞİD qələbə qazanacağı təqdirdə Azərbaycanı da Suriyaya çevirəcəklərini planlaşdırırdılar. Ancaq İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı Şəhid General Qasim Süleymani terrorçuların bu arzusunu ürəklərində qoydu, onları tamamiylə məhv etdi.

Fevralın 20-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 2-i qadın olmaqla 7 nəfər Azərbaycan vətəndaşının Bakıya repatriasiyası həyata keçirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-21-2024
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap