header

 İlham Əliyevin andiçmə mərasimi keçirilib

 İlham Əliyevin andiçmə mərasimi keçirilib

Bakıda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gələn İlham Əliyevin andiçmə mərasimi keçirilib.

Rəsmi məlumatda deyilir ki, mərasimdə Azərbaycanın dövlət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər.

Konstitusiyanın 103-cü maddəsinə əsasən, Azərbaycan prezidenti seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Azərbaycan prezidenti seçkilərinin nəticələrini təsdiqləyib, seçkilərdə ən çox səs toplamış, namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev prezident elan edilib.

Qeyd edək ki, İlham Əliyev 92,12 faiz səslə prezident seçkilərində qalib gəlib.

Bakıda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gələn İlham Əliyevin andiçmə mərasimi keçirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-15-2024
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap