Yəmənə qarşı gərginliyi şiddətləndirməsi Amerikaya baha başa gələcək
Yəmənə qarşı gərginliyi şiddətləndirməsi Amerikaya baha başa gələcək
Posted on : Digər sahələr 01/26/2024
Yəmən Ənsarullah hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin deyib: Məhz Amerika zabitləri sionist rejimin Qəzzə əhalisinə qarşı cinayətləri və müharibəsini idarə edirlər. Yəmənə qarşı gərginliyi şiddətləndirməsi Amerikaya baha başa gələcək.
Qəzzə zolağının bütün bölgələrinə dərman və qida maddələrinin çatacağı və sionistlərin cinayətləri dayanacağı zamanadək əməliyyatlarımızı davam etdirəcəyik- deyə, Bədrəddin vurğulayıb.
Yəmən Ənsarullah hərəkatının baş katibi söyləyib: Ərəb-sionist döyüş tarixi Qəzzə zolağına qarşı bu müddətdə, bu genişlikdə və bu səviyyədə/ təcavüz və cinayət görməyibdir.
Seyid Əbdülməlik Bədrəddin əlavə edib: Qəzzə zolağındakı yaralıların sayı dünya ölkələrində görünməmiş həddədir. Tənlik fələstinli döyüşçülərin və Qəzzə sakinlərinin müqaviməti hesabına, belə olubdur ki, fələstinlilərin əzab-əziyyət çəkdikləri qədər, sionistlər də əzab-əziyyət görürlər. Sionist rejimin təcavüzləri, zülmləri, basqınları və cinayətlərinin həcminə rəğmən, bu rejim özünün elan olunmuş məqsədlərinin reallaşmasında uğursuz qalıb. Müsəlmanlar/ son dərəcə məzlumluq, kəskin əzab-əziyyət və çətin şərait altında olan Fələstin xalqının müqavimətini himayə qarşısında böyük məsuliyyətə malikdilər. Şübhəsiz, əgər müsəlmanlar Fələstin xalqına və fələstinli döyüşçülərə lazımi dəstəyi verərlərsə, tənlik tamamilə dəyişəcək. Sionist rejimin cinayətkarcasına metodu və yanaşması hər gün davam edir və bunlar, onun əxlaqi iflası, vəhşilik xisləti, küdurət və düşmənçilik təmayülündən söz açır.
Yəmən Ənsarullah hərəkatının baş katibi vurğulayıb: Bütün beynəlxalq orqanlar yalnız Qəzzə hadisələrini seyr edirlər. Bəs, onların real mövqeləri haradadır??? Beynəlxalq orqanların bəyanatlarında görünənlər Qəzzə hadisələrini real şəkildə izah edə bilməz. Sionist rejimin cinayətlərinin davam etməsinin əsas səbəbi, amerikalıların mövqeyidir. Amerika buna israr edir ki, Qəzzə tam blokada vəziyyətində və Rəfəh sərhəd keçidi əksər hallarda bağlı halda qalsın. Amerika buna israr edir ki, Qəzzədəki fələstinlilərə heç bir zəruri humanitar yardım göndərilməsin. Amerika sionistlərin cinayətlərinin davam etməsi və beynəlxalq ictimaiyyətin ehmal etməsinin pərdə arxasında durur.
Seyid Əbdülməlik Bədrəddin deyib: Amerikalılar və ingilislər bizim İsrail rejimi ilə bağlı gəmilərə qarşı əməliyyatlarımızı dayandıra bilmədən/ özlərini problemə salıblar.
O, əlavə edib: Bizim əməliyyatlarımızı dayandırmağın yeganə həll yolu, Qəzzəyə humanitar və tibbi yardımların göndərilməsi və sionistlərin soyqırımı cinayətinin durdurulmasıdır. İndiyədək öz əməliyyatlarımızda 200-dən çox PUA-dan və əllidən yuxarı ballistik və qanadlı raketdən istifadə etmişik