header

 Sionistlər müqavimətin gücü qarşısında aciz qalıblar

 Sionistlər müqavimətin gücü qarşısında aciz qalıblar

Sionist rejimin Əlqəssam-ın əməliyyatındakı tələfatı ehtimal üzrə yüz nəfərdir.

Əlcəzirə telekanalının hərbi eksperti general-mayor Faiz Əl-Dvairi dünən təxmin edibdir ki, sionist rejimin Əlqəssam-ın əməliyyatındakı tələfatı ehtimal üzrə yüz nəfər olub.

Əl-Dvairi deyib: Əlqəssam batalyonunun həyata keçirdiyi əməliyyat ondan xəbər verir ki, Əlqəssam-ın hərbi və təhlükəsizlik qüdrəti çox inkişaf etmiş bir mərhələyə çatıb.

«Ceruzalem Post» bundan qabaq etiraf etmişdi ki: 21 sionist hərbçinin bir hadisədə öldürülməsi müharibənin bu etapında ölülərin sayının kəskin tərzdə artacağı ilə bağlı nigarançılıqların çoxalmasına səbəb olacaq.

Sionist rejim ordusunun sözçüsü Danil Haqari də bu ordunun «qara bazar ertəsi»nə işarə edib və belə deyib: Baş vermiş hadisə çox təhlükəli idi. Onun barəsində araşdırma aparıb, nəticəni yayacağıq.

Sionist rejimin on ikinci telekanalı da bir məlumatda Qəzzə zolağında bu rejimin əlli hərbçisinin öldürüldüyünü təsdiq və etiraf edibdir ki, İsrail rejimi böyük bir faciə ilə üzləşib.

Ələrəbiyyə telekanalı da bir xəbərdə öz mənbələrinə istinadla, Xan Yunusda bir tunelin partladılması, İsrail rejiminin bir tankının hədəfə alınması və iki binanın partladılması nəticəsində 22 sionist hərbçinin öldürülməsindən xəbər verib. Bu xəbər göstərdi ki, müqavimət döyüşçülərinin təcavüzkar sionistlər üçün qurduqları tələ, olduqca kəsərli olub və sionistlərə aradançıxma yolu qoymayıbdır.

Sionist rejimin on dördüncü telekanalı da sionist hərbçilərin öldürüldüklərini etiraf edib.

Əgər dünən Qəzzə zolağında ən çətin döyüş günü olmasa da, qəti şəkildə ən çətin günlərdən biri olubdur -deyə, telekanal bildirib.

Bu telekanal həmçinin xəbər verib: Qəzzə zolağının cənubunda iki son dərəcə təhlükəli hadisə baş veribdir ki, onun detallarının yayılmasına icazə verilməyibdir.

Belə bir halda, bəzi sionist mənbələr də bildiriblər ki, sayı qırx olan sionist hərbçilər dünən Xan Yunusda Əlqəssam-ın çətin pusqusuna düşüblər.

Sionist mənbələr həmçinin bildiriblər ki, bomba qoyulmuş bir tunel dünən sionist hərbçilərin onun daxilinə girmələrindən sonra müqavimət döyüşçüləri tərəfindən partladılıb. Nəticədə bir qrup sionist hərbçi məhv olub.

Təzadlı məlumatlar sionistlərin tələfatının yüksək olduğunu göstərir və sionist rejimin xəbər senzurasını sərgiləyir.

Dünən sionistlərin verdikləri yüksək tələfatın nişanələrindən biri, onların ölüləri və yaralılarını köçürmək üçün sionist rejimin bir neçə yardım helikopterinin Xan Yunus əməliyyat bölgəsindəki iştirakı olubdur.

Sionist rejimin Əlqəssam-ın əməliyyatındakı tələfatı ehtimal üzrə yüz nəfərdir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-24-2024
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap