Seyid Həsən Nəsrullah: “Hacı Qasım Müqavimət dəstələrinin birliyini yaradan ən mühüm şəxs idi”
Seyid Həsən Nəsrullah: “Hacı Qasım Müqavimət dəstələrinin birliyini yaradan ən mühüm şəxs idi”
Posted on : Digər sahələr 01/04/2024
Hizbullahın baş katibi etdiyi çıxışında bəyan edib ki, indiki Müqavimət cəbhəsi son illərdə yaradılıb və bundan öncə olmayıb.
Müqavimət qrupları arasında koordinasiya və sıx əməkdaşlığın yaranmasına ən mühüm amil Hacı Qasım idi. O, həmişə təkid edirdi ki, müqavimət hərəkatları arasında birbaşa əlaqə olsun.
Seyid Həsən Nəsrullah 3 yanvar İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı, general-leytenant Hacı Qasim Süleymaninin və İraqın Həşdüş-Şəbi Təşkilatının sədr müavini şəhid Əbu Mehdi Mühəndisin şəhadətinin dördüncü ildönümü münasibətilə Kermanda şəhid Süleymaninin məzarı yaxınlığında şəhid olanların ailələrinə başsağlığı verib. O, verdiyi bəyanatda şəhid olanların General Süleymaninin getdiyi yolda şəhadətə qovuşduğunu bildirib.
Seyid Həsən Nəsrullah Şəhid Seyid Razi Musəvinin şəhadətinə də toxunaraq deyib ki, Onun bu şəhidlə tanışlığı 30 ildən artıq bir müddətə dayanır. Şəhid Musəvi müqavimətin xidmətində daim dayanan köməkçi və dəstəkçisi olub.
Livan İslami Müqavimətinin baş katibi daha sonra Qüds yolunda şəhid olan bütün qurbanların şəhadəti ilə bağlı başsağlığı verərək iman, möhkəmlik və dözümlülük nümayiş etdirmiş ailələrinə salamlar söyləyib.
Hizbullah lideri Kermandan baş verən terakta da işarə edərək “Şəhid Qasım Süleymanini hətta onun şəhadətindən sonra da rahat buraxmadılar, O şəhidi bütün səhnələrdə uşaqların göz yaşları və qadınların yenilməz səbiri ilə döyüşçülərimizin simasında görürük” deyib.
Seyid Həsən Nəsrullah daha sonra deyib: “Əl-Əqsa tufanı və hazırda gedən müharibədə baş verən bütün hadisələr sionistlərin daim iddia etdiyi “təhlükəsiz sığınacaq” arqumentini məhv etdi və bunun əsasında İsrailə gəlmiş milyonlarla yəhudinin indi əks miqrasiyası başlayıb”.
O daha sonra vurğulayıb: “İsrailin yaratdığı o qüdrətli görünütü indi yerlə bir oldu. Qəzzadakı müharibədən 3 ay keçməsinə baxmayaraq israillilər müharibə qələbəsi iddiasını belə deyə bilmirlər. Dənizdən çaya qədər olan Fələstin yalnız Fələstin xalqına məxsusdur. İndi düşmən minlərlə məcburi köçkün, əks miqrasiya, sionistlərin düşdüyü pis ruhiyyə halı və böhran şəraitində olan iqtisadiyyatla üz-üzə qalıb. Bu müharibənin digər nəticələri arasında, məsələn, Amerikanın israillilərə şəhərləri tərk etmələrini söyləməsi, onlardan narahat olduğu üçün məqsədlərə çatmaması idi. Eyni zamanda, müqavimət sionistlərin hesablarını həll edənə qədər qalmalarını istəyə bilər.