Müsəlmanlara qarşı soyqırımı bu gün də təkrarlanır
Müsəlmanlara qarşı soyqırımı bu gün də təkrarlanır
Posted on : Digər sahələr 02/26/2024
Azərbaycan Respublikasında Xocalı soyqırımının 32-ci ildönümü qeyd edilir. Xocalı ilə yanaşı Qəzzə soyqırımının da qurbanları anılmalıdır.
Xocalı faciəsi Azərbaycan Respublikası ilə Ermənistan arasındakı münaqişənin acı hadisələrindən və 20-ci əsrdə müsəlmanlara qarşı törədilmiş genosid xarakterli tragediyalardan biridir. Bu acı hadisədə 613 nəfər şəhid, 487 nəfər əlil oldu və 1275 mülki şəxs, o sıradan yaşlı, uşaq və qadın Ermənistan qüvvələrinin əsirliyinə keçdi. Eyni zamanda, 150 nəfər itkin düşdü və bu günədək onların taleyi haqda heç bir xəbər yoxdur."
Çoxsaylı sənədli faktlar, o cümlədən yerli və əcnəbi jurnalistlər tərəfindən çəkilmiş foto və videomateriallar, şahidlərin dəlilləri kütləvi qətllərin Xocalı şəhərinin özündə və ermənilərin nəzarəti altında olan ərazilərdə baş verdiyini sübut edir. Əsir və girov götürülmüş xocalılara qarşı işgəncələri də təkzib etmək mümkün deyil.
Azərbaycan Milli Məclisi bir neçə dəfə dünya ictimaiyyəti, hökumətlər və parlamentlərin ünvanına Ermənistan rəhbərlərinin təşkilatçısı olduğu Xocalı soyqırımını tanımaq və pisləmək çağırışı ilə xüsusi bəyanatlar qəbul edib. Lakin dünya ölkələrindən bu çağırışa ciddi münasibət müşahidə olunmayıb və yalnız 3 dövlət Xocalıda baş verənləri kütləvi qətl və insanlığa qarşı cinayət kimi tanıyıblar.
Maraqlıdır ki, başda ABŞ olmaqla özlərini insan haqlarının müdafiəçisi adlandıran Qərb dövlətləri 32 il əvvəl Xocalı soyqırımını tanımaqdan boyun qaçırdıqları kimi bu gün də eyni mövqeyi Qəzzə zolağında vəhşi İsrail rejimi tərəfindən törədiən cinayətlər barədə davam etdirirlər. Səbəbi isə əlbəttə bəllidir: Həm Xocalıda, həm də Qəzzədə şəhid olanlar İslam dininin ardıcıllarıdır.
Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken Beynəlxalq Ədalət Məhkəməsinin və dünya ictimaiyyətinin Qəzzə hadisələrini soyqırım aktı kimi qəbul etdikləri bir vaxtda, İsrail rejiminin törətdiyi cinayətləri və 30 mindən çox dinc fələstinlini qırğın etməsini Fələstin xalqına qarşı soyqırım hesab etmədiyini vurğulayıb.
Bu, həmin Qərbdir ki, onun nəzərincə müasir tarixdə yalnız bir soyqırımı baş verib, o da guya yəhudi soyqırımıdır və bunun haqqında düzgün araşdırmanın aparılmasına belə icazə verilmir, hətta bunu şübhə altına alanlar cəzalandırılır. Bu yanaşmadan fərqli olaraq müsəlman xalqlarının faciəsinə ögey münasibətin şahidi oluruq. Qərbin ədalətsiz yanaşması və ikili standartları əsasında Xocalı, Səbra, Şətila, Qəzzə və Əlcəzair hadisələrini müharibənin normal nəticəsi kimi qarşılamaq lazımdır.