header

 Azərbaycanlı siyasətçi İranın anti-terror əməliyyatlarını dəstəkləyir

 Azərbaycanlı siyasətçi İranın anti-terror əməliyyatlarını dəstəkləyir

Elxan Şükürlü: ABŞ və İsrail bölgəni xaosa sürükləməyə can atırlar

Ədalət Partiyasının sədr müavini İran İslam Respublikasının terrorla mübarizədə haqlı olduğunu bildirib.

Elxan Şükürlü özünün feysbuk məqaləsində yazır: “Rəsmi Tehran bəzi qonşularının ərazisindən üçüncü ölkələrin onun daxilində təxribatçı əməliyyatlar keçirmək üçün istifadə edildiyinə dair əsaslı dəlil-sübutlara malikdir. Həm İraq, həm də Pakistan Qərb kəşfiyyatının ən rahat fəaliyyət göstərdiyi, ən müxtəlif hərbi təyinatlı qrupların və terror təşkilatlarının hazırlandığı ölkələrdən sayılır, hər iki ölkənin mərkəzi hakimiyyətləri də bu qrup və təşkilatların zərərsizləşdirilməsində acizdirlər”.

Partyiya funksioneri qeyd edir ki, İranın əsasən bəluçların yaşadığı Pakistanla sərhədi həmişə ən gərgin, davamlı şəkildə silahlı basqınların, hücumların qeydə alındığı bölgə sayılır və İran da həmişə ABŞ və İsraili Pakistan üzərindən etnik bəluçlardan istifadə etməkdə suçlayıb. Eyni qaydada, İraqdakı Kürd Muxtariyyətinin ərazisini də rəsmi Tehran həmişə ABŞ və İsrail tərəfindən özünə qarşı kəşfiyyat işlərinin aparıldığı, sui-qəsd planlarının hazırlanıb həyata keçirildiyi məntəqələrdən sayıb.

Müəllifin fikrincə mümkündür ki, İran tərəfi hücum öncəsi hər iki ölkənin rəhbərliyini bu haqda konkret dəlil-sübutlarla öncədən xəbərdar edib. O da diqqəti xüsusilə çəkir ki, İran raket zərbələrini Türkiyənin İraq və Suriyada Qərbin dəstəklədiyi terrorçu kürd silahlı qruplaşmalarına qarşı əməliyyatları gücləndirdiyi bir vaxtda endirib.

Elxan Şükürlü öz məqaləsinin davamında əlavə edir: “Hazırda ABŞ və İsrailin dəstəklədiyi terrorçu kürd qruplaşmaları həm Türkiyə, həm İran, həm də İraq və Suriya üçün ciddi problemə, bu ölkələrin ərazi bütövlüyünü və suverenliyini təhdid altına alan əsas təhlükə qaynağına çevrilib. On görə də, bu problemdən qurtuluş Türkiyə, İran, İraq və Suriya rəhbərliyinin bir araya gəlməsini və ortaq əməliyyatlar aprmasını nə qədər qaçılmaz etsə də, bölgədə öz nəzarətləri altında “Böyük Kürdüstan”ı qurmağı hədəfləyən ABŞ və İsrail hər vasitə ilə bu ölkələrin rəhbərlərinin yaxınlaşmasının qarşısını alır. Bununla belə, ehtimallar var ki, xüsusən Türkiyə və İran xüsusi xidmət orqanları artıq son aylarda ortaq düşmənlərə qarşı müəyyən əməliyyatları koordinasiyalı şəkildə həyata keçirirlər. Hətta ehtimal var ki, bu problem tezliklə İranın vasitəçiliyi ilə Suriya və Türkiyə rəhbərliyi arsında da buzların əriməsinə və yenidən əvvəlki münasibətlərin qurulmasına gətirib çıxarsın”.

Ədalət Partiyasınn sədr müavini sonda bildirir ki, region dövlətləri ABŞ və İsrailin bölgəni xaos və müharibələr meydançasına çevirmək planlarının qarşısını almağı bacarmalıdır.

Elxan Şükürlü: ABŞ və İsrail bölgəni xaosa sürükləməyə can atırlar
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-18-2024
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap