header

 Kərbəla şəhidi – Ovn ibn Abdullah ibn Cəfər Təyyar

Kərbəla şəhidi – Ovn ibn Abdullah ibn Cəfər Təyyar

Ovn, Cəfər Təyyarın nəvəsi, Bəni-Haşimin müdrik və ismətli qadını Zeynəbi-Kübranın (s.ə.) övladıdır. Xanım Zeynəbin (s.ə.) həyat yoldaşı olan və özü Mədinədə qalan Abdullah ibn Cəfər Ovn və Məhəmməd adlı iki oğlunu İmam Hüseynin (ə) yanına göndərdi və onlar Əqiq vadisində İmama (ə) qoşuldular. Ovn Aşura günü meydana gəldi və belə rəcəz oxudu:

إنْ تُنْكِرُونِي فَأَنَا ابْنُ جَعْفَرٍ

شَهيدُ صِدْقٍ فِي الْجِنانِ أَزْهَرُ

يَطيرُ فيها بِجَناحٍ أَخْضَرٍ

كَفى‌ بِهذا شَرَفاً في الَمحْشَرِ

Əgər məni tanımırsınızsa, bilin ki, mən həqiqi şəhid olan və Cənnətdə nur saçan, yaşıqanadlarla uçan Cəfər Təyyarın oğluyam. Bu iftixar məhşərdə bizə kifayətdir.

O, qəhrəmancasına döyüşdü və sonda Abdullah ibn Qutbənin əli ilə şəhadətə çatdı.

Ovndan başqa, Cəfər Təyyarın xanədanından Məhəmməd ibn Abdullah ibn Cəfər, Abdullah ibn Abdullah ibn Cəfər və Qasim ibn Məhəmməd ibn Cəfər adlı digər üç nəfər də İmam Hüseynin (ə) kənarında Aşura günü şəhadət feyzinə nail oldu. (“Biharul-ənvar”, c.45, səh.34; “Məqatilut-talibin”, səh.60; “Əbsarul-eyn”, səh.39; “Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.784-785.)

Maide.az – Maarif bölümü

Kərbəla şəhidi – Ovn ibn Abdullah ibn Cəfər Təyyar
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-10-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap