İranlı general: ABŞ yox olacaq
Posted on : iran 10/07/2019
Sepah komandanı ABŞ-la bağlı danışıb.
İslamazeri.com-un “Mehr”-ə istinadən verdiyi xəbərə əsasən, İran İslam İnqilabı Keşikçiləri Ordusunun komandanı Hüseyn Salami bəyan edib ki, ABŞ-ın strategiyaya sahib olmaması addım-addım bu ölkənin iflasına gətirib çıxaravaq.
Onun sözlərinə görə, “ABŞ fəlsəfəsinin arxasında zalımlıq, qəddarlıq durur”.
“Dövlətlərin strategiyasız olması onların tədrici ölümlərinin başlanğıcıdır. Bu başlanğıc da ABŞ-da baş verir”, - deyə o qeyd edib.
O əlavə edib ki, İranın fəlsəfəsi “məzlumların müdafiəsindən” ibarətdir.
“Bu fəlsəfə isə müzəffərdir”, - deyə o bildirib.