header

 ABŞ Dövlət Departamenti Ruhaniyə Nyu-Yorkda gəzintini qadağan etdi

ABŞ hakimiyyəti BMT Baş Assambleyası zamanı İran Prezidenti Həsən Ruhaninin və diplomatik heyyətin Nyu-Yorkda sərbəst hərəkətini məhdudlaşdırıb.

ABŞ hakimiyyəti BMT Baş Assambleyası zamanı İran Prezidenti Həsən Ruhaninin və diplomatik heyyətin Nyu-Yorkda sərbəst hərəkətini məhdudlaşdırıb.

Tashaio.com-in "Fars" agentliyinə istinadən məlumatına görə, AFP Ruhaninin bazar ertəsi Nyu-Yorka gəldiyini və dərhal ona belə bir qadağanın tətbiq edildiyini yazıb.

Bildirilir ki, Ruhani Manhettenin şərq hissəsində yerləşən BMT qərargahını təkbaşına tərk edə bilməz. Bundan əlavə, ABŞ hökuməti Ruhaniyə oteldə qalmaq üçün xüsusi icazə verib.

"New York Times" isə yazır ki, ABŞ Dövlət Departamenti BMT Baş Assambleyasının illik toplantısında iştirak etməsi planlaşdırılan İran heyətinin üçdə bir hissəsinə viza verməyib. 

Ruhaninin sabah Baş Assambleyada çıxışı və mətbuat konfransı gözlənilir.

Xatırladaq ki, ABŞ hakimiyyəti İran Prezidentinə və Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə BMT Baş Assambleyasında iştirak etmək üçün vizanı ötən cümə axşamı verib. Həmin vaxtadək onların Baş Assambleyada iştirakı sual altında idi.

ABŞ hakimiyyəti BMT Baş Assambleyası zamanı İran Prezidenti Həsən Ruhaninin və diplomatik heyyətin Nyu-Yorkda sərbəst hərəkətini məhdudlaşdırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-24-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap