header

 “Biz atom bombası istehsal edə bilərdik, lakin bu haramdır" - Ayətullah Xamenei (Video)

“Nüvə silahı hazırlamaq da və onu qoruyub saxlamaq da haramdır”

İslami İnqilabı Rəhbəri Ayətullah Seyyid Əli Xamenei nüvə silahını hazırlamağın və ya onu qoruyub saxlamağın haram olduğunu bildirib.

 

İslaminSesi.info Farsnews-a istinadən xəbər verir ki, İslami İnqilabı Rəhbəri  bu gün “İmam Xomeyni” hüseyniyyəsində 2000-ə yaxın istedadlı gənclər və elm xadimləri ilə görüş keçirib. Görüşdə bir çox elmi məsələlər və elmi inkişafın vacibliyindən, o cümlədən nüvə silahı barəsində də söhbətlər edilib.

 

Nüvə silahını dünyanın, bəşəriyyətin bəlası adlandıran Ayətullah Xamenei, İranın da bu sahədə addımlar ata biləcəyini, lakin bunun İslama zidd olduğunu deyib.

 

"Biz atom bombasının istehsalı üçün addım ata bilərdik, lakin İslamın hökmlərinə əsasən bunu etməyəcəyimizi bildirdik. İslama görə onun istehsalı da saxlanılması da doğru deyil. Çünki bu haram bir işdir."

 

Həmçinin Ayətullah Xamenei nüvə elminin düzgün istiqamətdə, düzgün şəxslərin nəzarətində olmasının vacibliyini də vurğulayıb. Əks halda bunun dünya üçün bir faciəyə çevrilə biləcəyini deyib.

“Nüvə silahı hazırlamaq da və onu qoruyub saxlamaq da haramdır”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-09-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap