İsrail rejimi üç sionist girovu öldürdü; İnsanlar Təl-əviv meydanlarına axışdı
İsrail rejimi üç sionist girovu öldürdü; İnsanlar Təl-əviv meydanlarına axışdı
Posted on : Digər sahələr 12/17/2023
İsrail ordusu açılamasında Qəzzədə 3 sionist girovu səhvən öldürdüyü xəbərini yaydıqdan sonra girovların ailələri Təl-əvivdə kütləvi aksiyaya çıxıblar.
İsrail rejimi ordusu bir neçə saat əvvəl Qəzzada 3 sionist girovun səhvən öldürdüyünü etiraf etdikdən sonra israilli məhbusların ailələri etiraz ediblər. Bunun ardınca Əl-Cəzirə girov ailələrinin İsrail Hərbi Nazirliyinin binası qarşısına toplaşdığını bildirib.
Qeyd edək ki, İsrail ordusunun sözçüsü açıqlamasında deyib ki, Şücayyədə əməliyyat zamanı ordu səhvən girovlara atəş açıb və onlar öldürülüblər.
Hesablamalar göstərir ki, Qəzzada hələ də 132 israilli girovdadır, onlardan 112-nin sağ olduğu və 20-nin öldürüldüyü ehtimal edilir.
Üç girovun haqsız yerə öldürülməsinin ardınca İsrailin baş naziri Benyamin Netanyahuya təzyiqləri artıracağı gözlənilir.