Azərbaycan yenə də geridə qaldı
Azərbaycan yenə də geridə qaldı
Posted on : Digər sahələr 12/12/2023
Azərbaycan Respublikası vətəndaş azadlıqları üzrə Ermənistan və Gürcustandan 48 və 46 pillə geridədir.
SİVİKUS (CIVICUS) beynəlxalq insan haqları təşkilatı dünyanın müxtəlif ölkələrində vətəndaş azadlıqlarına dair illik reytinqi açqılayıb.
Hesabatda deyilir ki, vətəndaş məkanı dünya əhalisinin yalnız 2.1 faizi üçün tam açıqdır və dünya əhalisinin 31 faizi öz siyasi və vətəndaş mövqeyini təhlükəsiz şəkildə ifadə etməyin heç mümkün olmadığı şəraitdə yaşayır.
Xalq Hakimiyyəti Təhlükədə reytinqinin tərtibi zamanı söz, ifadə və sərbəst toplaşma azadlıqları, siyasi repressiyaların mümkünlüyü, jurnalistlərə hücumlar və etiraz ifadəsinin məhdudlaşdırılması kimi faktorlar nəzərə alınıb.
Vətəndaş azadlığı üçün tam qapalı olan ölkələrin sırasına Azərbaycan da daxildir. Azərbaycan vətəndaş cəmiyyətinin qapalılığına görə 16-cı pillədədir.
Azərbaycandan fərqli olaraq Ermənistan 64-cü və Gürcüstan 62-ci pilləyə qalxaraq vətəndaş azadlığı reytinqində tam açıq vətəndaş azadlığı olan ölkələr kimi xarakterizə olunub.