header

 İsrail Covlan Təpələrindən çıxsın!

 İsrail Covlan Təpələrindən çıxsın!

BMT Baş Assambleyası işğalçı İsraili Covlan Təpələrini tərk etməyə çağıran qətnamə qəbul edib.

BMT üzvləri sənəddə “İsrailin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın müvafiq qətnamələrinə zidd olaraq 1967-ci ildən işğal altında olan Suriyanın Covlan Təpələrindən geri çəkilməməsindən dərin narahatlığını” bildiriblər.

91 ölkə qətnaməni dəstəkləyib və yalnız 8 ölkə qətnamənin əleyhinə səs verib, 62 ölkə isə bitərəf qalıb.

Covlan təpələrinin böyük hissəsi İsrailin, şərq hissəsi isə Suriyanın nəzarətindədir. İsrail Covlan təpələrini 1967-ci ildə 6 günlük müharibə zamanı ələ keçirib. Daha sonra, 1973-cü ildə Suriya təpələrə nəzarəti bərpa etməyə cəhd etsə də, nəticəsiz qalıb. 1981-ci ildə İsrail nəzarət etdiyi əraziləri işğalda saxladığı digər ərazilərə ilhaq edib.

BMT Baş Assambleyası işğalçı İsraili Covlan Təpələrini tərk etməyə çağıran qətnamə qəbul edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-30-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap