header

 Qərb dövlətlərinin Azərbaycan Respublikasına xəyanətinin sirri.

 Qərb dövlətlərinin Azərbaycan Respublikasına xəyanətinin sirri.

Qərb dövlətlərinin Azərbaycan Respublikasına xəyanətinin sirri.

Bu yaxınlarda Birləşmiş Ştatlar 1992-ci ildə təsdiq edilmiş 907 saylı düzəlişi, eləcə də Ermənistana yardım məqsədi daşıyan 15 noyabr Konqres qətnaməsini dayandırmaqla, Böyük Britaniya isə Azərbaycan Respublikasını insan haqlarını pozmaqda ittiham etməklə, Fransa isə son aylarda Ermənistanı silahlandırmaqla özlərinin əsl simasını göstərərək sübut etdilər ki, Qərb region ölkələrinin maraqlarına məhəl qoymadan Cənubi Qafqazı geosiyasi münaqişə meydanına çevirməyə çalışır. Halbuki, Azərbaycan bir neçə onilliklər ərzində öz siyasi müstəqilliyini pozaraq Qərbin və sionistlərin məqsədlərinə xidmət etmiş və bu istiqamətdə heç bir səyini əsirgəməmişdir. Bu həqiqət bu günlərdə Amerika ilə Azərbaycan Respublikası arasında gərginliyin yaşandığı bir vaxtda dövlət adamlarından, deputatlardan, dövlət mediasından dəfələrlə eşidilmişdir.
İndi əsas sual ondan ibarətdir ki, Qərb dövlətlərinin Azərbaycan xalqına xəyanət etməsinin, onlara diktator, totalitar və zəif bir hökumətin tətbiqinin sirri nədir? Qərb ölkələrinin 1918-ci ildə ilk müstəqil və milli hökumətin qurulmasından bu günə qədərki fəaliyyətləri tarixin sinəsindən onların xəyanətlərinin dolanbac dalanlarını üzə çıxaran parlaq işıqlar kimidir.
Biz azərilər bu cümləni daim təkrarlamalıyıq ki; Qərb ölkələri öz vətəndaşlarına qarşı nə qədər dözümlü və zəhmətkeşdirlərsə, başqalarına, xüsusilə də İslam ölkələrinə qarşı özlərini canavar, kaftar kimi aparırlar. Qərbin müsəlman və azəri millətçisinə, vətənpərvərinə Nobel Sülh Mükafatı verməsi mümkün deyil, mümkün deyil və mümkün deyil.
Onlar region ölkələrindəki müstəqil və azad insanları aldadıcı və terrorçu adlandırsalar da, ehtiyac anlarında istifadə edə bilsinlər deyə, bacardıqca ucuz, alçaq və Qərb ölkələrinə bağlı, sosial və mədəni imtiyazları olmayan şəxslərə dəyər verirlər. Bəli, Qərb hökümətlərinin məqsədi budur ki, zəif region və nəticə etibarilə avtokratik, diktator və itaətkar bir hakimiyyətlə zəif Azərbaycan yaratmaq və öz maraqlarını xalqın məhvi bahasına həmin asılı hakimlər vasitəsilə təmin etməkdir. Bu arada Azərbaycan Respublikasının hazırkı hakimlərinin regionda Qərb siyasətlərinin həyata keçirilməsinin təminatçısı və himayədarı olan irqçi sionist rejim olan İsrailin mənafelərini təmin etməsi təəccüblüdür. Bu rejimin Amerika Birləşmiş Ştatları ilə dərin siyasi, iqtisadi, hərbi və xüsusilə də təhlükəsizlik əlaqələri var. Hətta, demək olar ki; İsrail Amerikadır və Amerika da İsraildir və onların arasında heç bir sərhəd yoxdur. Başqa sözlə desək, İsrail regionda Qərbin düşüncə və maraqlarını təmsil edir. Ümid olunur ki, Azərbaycan hakimləri tarixdən dərs alacaqlar ki, onlar üçün tarix təkrarlanmasın.

Qərb dövlətlərinin Azərbaycan Respublikasına xəyanətinin sirri.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-27-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap