header

 Qərb dövlətləri Azərbaycanın suverenliyinin bərpası ilə razılaşmır

 Qərb dövlətləri Azərbaycanın suverenliyinin bərpası ilə razılaşmır

Azərbaycan Respublikası prezidenti İlham Əliyev bəzi Qərb ölkələrinin Azərbaycanın öz suverinliyini bərpa etməsi ilə barışmaq istəmədiklərini deyib.

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də keçirilən müşavirədə Fransa başda olmaqla bəzi qərb dövlətlərinin Azərbaycanın suverinliyinin təmin olunması ilə barışmaq fikrində olmadıqlarını  deyib.

"Antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir", - İlham Əliyev deyib.

İlham Əliyev vurğulayıb ki, bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil:

"Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar",- Azərbaycan prezidenti deyib.

Qeyd edək ki, 30 il müddətində Minsk Qrupunun həmsədrləri olaraq Azərbaycan Respublikasının ərazilərinin işğalına son qoyulması istiqamətində heç bir addım atmayan ABŞ və Fransa, ikinci Qarabağ müharibəsi xüsusiylə Qarabağdakı separatçı rejimin fəaliyyətinə son qoyulmasından sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası ilə razılaşmaq istəmir və bu ölkəyə qarşı təzyiqlərini artırıblar.

Azərbaycan Respublikası prezidenti İlham Əliyev bəzi Qərb ölkələrinin Azərbaycanın öz suverinliyini bərpa etməsi ilə barışmaq istəmədiklərini deyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-15-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap