header

 Qəzzədə humanitar atəşkəs daha 2 gün uzadılıb

 Qəzzədə humanitar atəşkəs daha 2 gün uzadılıb

İsrail və HƏMAS Qəzzədə humanitar atəşkəsin uzadılması ilə bağlı razılığa gəliblər.

Bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

Misir dövlət informasiya xidmətinin rəhbəri Diya Rəşvan isə vurğulayıb ki, yeni saziş 20 israilli girovun İsrail həbsxanalarında saxlanılan 60 fələstinli ilə dəyişdirilməsini nəzərdə tutur.

Həmas-ın açıqlamasında deyilir: “Müvəqqəti humanitar atəşkəsin daha iki gün müddətinə uzadılması ilə bağlı razılıq əldə olunub. Hər azad olunan girov üçün gündə 3 məhbus və 200 yük maşını düşür”.

Xatırladaq ki, HƏMAS hərəkatı ilə İsrail arasında əldə edilən razılaşmaya əsasən noyabrın 24-də Qəzzə sektorunda dördgünlük atəşkəs rejimi qüvvəyə minib.

İsrail və HƏMAS Qəzzədə humanitar atəşkəsin uzadılması ilə bağlı razılığa gəliblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-28-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap