header

 Hakimiyyətə yaxın deputatlar seçkilərə qatılırlar

 Hakimiyyətə yaxın deputatlar seçkilərə qatılırlar

Azərbaycan Respublikasında növbədənkənar prezident seçkilərinin Müsavat, AMİP və AXCP tərəfindən boykot edilməsindən sonra seçkilərin bir namizədlə keçiriləcəyindən nigaran qalan iqtidar öz deputatlarını seçkilərə cəlb etmək qərarına gəlib.

7 fevral 2024-cü il tarixində keçiriləcək Azərbaycan Respublikası prezident seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc rəsmən Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Bu barədə Sosial Tədqiqatlar Mərkəzindən məlumat verilib.

“Namizədin Seçki Qərargahı yaradılaraq, müvafiq fəaliyyət planının hazırlanması üçün addımlar atılıb. Növbəti görülən işlərə dair mütəmadi qaydada ictimaiyyətə məlumatlar veriləcək”, - məlumatda qeyd olunub.

Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa da prezidentliyə namizədliyini irəli sürülüb.

Bu barədə Report-a o özü məlumat verib.

 

Həmçinin Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədiyini irəli sürüb.

Bununla da Azərbaycanda prezidentliyə namizədlərin sayı 4-ə çatıb.

Xatırladaq ki, 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin edilib.

Dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

Azərbaycan Respublikasında növbədənkənar prezident seçkilərinin Müsavat, AMİP və AXCP tərəfindən boykot edilməsindən sonra seçkilərin bir namizədlə keçiriləcəyindən nigaran qalan iqtidar öz deputatlarını seçkilərə cəlb etmək qərarına gəlib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-17-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap