header

 Vasitəçilər İsrailin azad edilmiş məhbusları yenidən həbs etməyəcəyinə söz veriblər

 Vasitəçilər İsrailin azad edilmiş məhbusları yenidən həbs etməyəcəyinə söz veriblər

HƏMAS hərəkatının liderlərindən biri bildirib ki, Qəzzədə atəşkəs razılaşmasında vasitəçi olan tərəflər azad edilmiş fələstinli məhbusların yenidən həbs olunmayacağına zəmanət verib".

Mahmud Əl-Mərdavi deyib: "Atəşkəs razılaşmasında vasitəçi tərəflər sionist rejimin azad edilmiş fələstinli məhbusları yenidən həbs etməyəcəyinə söz veriblər". 

Cümə günü axşam, müvəqqəti atəşkəs razılaşmasının elan edilməsindən sonra 13 israilli məhbus Qırmızı Xaç qüvvələrinə təhvil verilib. Bu on üç məhbusdan əlavə Filippin və Tailand vətəndaşları olan daha 11 məhbus azad edilərək Qırmızı Xaç qüvvələrinə təhvil verilib.Bunun müqabilində 39 fələstinli qadın və uşaq sionist rejim həbsxanalarından azad edilib.

Əl-Mərdavi deyib: "Biz atəşkəs razılaşması ilə razılaşdıq, onlar da razılaşdılar. Bu öhdəlik bizim üçün məcburidir və biz də onları buna məcbur edirik, çünki onlar yazılı şəkildə imzalayıblar".

Bu HƏMAS lideri əlavə edib: "HƏMAS döyüşçülərinin və Fələstin müqavimət qruplarının gücü İsrailin atəşkəslə bağlı xüsusi öhdəliklərinə sadiqliyinin ən böyük təminatçısıdır".

HƏMAS hərəkatının liderlərindən biri bildirib ki, Qəzzədə atəşkəs razılaşmasında vasitəçi olan tərəflər azad edilmiş fələstinli məhbusların yenidən həbs olunmayacağına zəmanət verib".
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-26-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap