header

 Sərhədyanı məntəqədə görüş keçiriləcək

 Sərhədyanı məntəqədə görüş keçiriləcək

Sabah Azərbaycan və Ermənistan baş nazır müavinləri sərhədyanı məntəqədə görüşəcəklər.

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının iclası noyabrın 30-da Karvansara (İcevan) və Qazax rayonları ərazisindəki sərhədyanı məntəqədə keçiriləcək.Nəlumatı Ermənistan KİV-i yayıb.

Toplantıda iki ölkə arasında dövlət sərhədinin demarkasiya və delimitasiyası məsələləri müzakirə olunacaq.

Komissiyalara Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan rəhbərlik edir.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ermənistana sərhədyanı bölgədə təkbətək görüş keçirilməsini təklif etmişdi. Noyabrın 22-də rəsmi İrəvan sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsinə razılıq vermişdi.

Regiondan kənar güclərin Azərbaycanla Ermənistan arasında hərhansı vasitəçilik səylərində qərəzli niyyətlərə malik olduqlarını nəzərə alaraq 30 il müddətində münaqişədə olmuş Bakı və İrəvan üçün ən məqsədəuyğun yol qonşuların bu sahədəki potensialından faydalanmaq yaxud da vasitəsiz və birbaşa görüşlərin sayını artırmaqdır.

Bəzi siyasi analitiklərə görə, qərb dövlətləri buna mane olmağa çaılşırlar və məhz buna görə də, Azərbaycan Respublikası ilə Ermənistan arasında qarşılıqlı və regional mənafeləri əhatə edəcək hərhansı razılaşma və sülh müqaviləsini əngəlləməyə cəhd göstərirlər.

Sabah Azərbaycan və Ermənistan baş nazır müavinləri sərhədyanı məntəqədə görüşəcəklər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-29-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap