header

 AKXCP-də prezident seçkilərində iştirakdan imtina etdi

 AKXCP-də prezident seçkilərində iştirakdan imtina etdi

Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası ölkədə seçki kampaniyası üçün demokratik şəraitin olmadığını bildirərək növbədənkənar prezident seçkilərində iştirakdan imtina edib.

AKXCP prezident seçkilərində iştirak etməmək qərarını dekabrın 17-də partiya Ali Məclisinin sessiyasında qəbul edib, şənbə günü isə partiyanın V növbədənkənar qurultayında təsdiq edilib.

Bütün səviyyələrdə seçki komissiyalarının hakim qüvvənin nəzarəti altında olduğu və ölkədə azadlıqların məhdudlaşdırıldığı bir şəraitdə seçkilərdə iştirak bütün mənasını itirir, - partiya sədri Mirmahmud Mirəlioğlu Turan-a bildirib.

Xatırladaq ki, dekabrın 15-də müxalifətyönlü  Müsavat Partiyası ədalətli rəqabət üçün şəraitin olmadığını bildirərək seçkilərdə iştirakdan imtina edib.

Dekabrın 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyası da prezident seçkilərini boykot etmək qərarına gəlib və bunu azad və ədalətli seçkilər üçün şəraitin olmaması ilə izah edib.

Azərbaycan Milli İstiqlal Partiyası da (AMİP) prezident seçkilərində öz namizədi ilə iştirak etməmək barədə qərar qəbul edib.

Hakim Yeni Azərbaycan Partiyasının nəzarət-təftiş komissiyasının üzvü Elman Nəsirov müxalifətin boykot qərarı barədə Turan agentliyinə deyib: “Müxalifət partiyalarının davranışları və bəyanatları onların seçki prosesində iştirak etmək istəmədiyini göstərir”.

YAP funksioneri iddia edib ki, “hazırda Azərbaycan prezidentinin populyarlığı ən yüksək səviyyədədir. Azərbaycan xalqı İlham Əliyevi öz xilaskarı, torpağı işğaldan azad edən qalib prezident hesab edir. Bu kontekstdə rəqiblərin davranışını başa düşmək olar. Onlar bilirlər ki, Azərbaycan prezidentinə ümumbəşəri sevgi var. Belə bir vəziyyətdə İlham Əliyevlə rəqabət aparmaq son dərəcə çətindir”.

Qeyd edək ki, Azərbaycan Respublikasında sonuncu prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib və növbəti prezident seçkiləri 2025-ci ildə keçirilməli idi, lakin İlham Əliyevin sərəncamı ilə növbədənkənar seçkinin keçirilməsi qərara alınıb.

Rəsmilər bunun səbəbini islahatları sürətləndirmək kimi amillə izah edirlər.

2016-cı ildə Azərbaycan Konstitusiyasına edilən son dəyişikliklə prezidentlik müddəti 7 ildir. Əvvəllər bu müddət 5 il idi.

Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası ölkədə seçki kampaniyası üçün demokratik şəraitin olmadığını bildirərək növbədənkənar prezident seçkilərində iştirakdan imtina edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-25-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap