header

 Sionist rejim müqavimətin şərtlərini qəbul etməyə məcbur oldu

 Sionist rejim müqavimətin şərtlərini qəbul etməyə məcbur oldu

HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə deyib: "Qəzzə xalqı müqaviməti, güclü iradəsi və dayanıqlılığı ilə İsrail rejimini müqavimətin şərtlərini qəbul etməyə məcbur edə bildi və müvəqqəti atəşkəs və əsirlərin mübadiləsi razılaşması əldə olundu".

Həniyyə əlavə edib: "Düşmən müqavimət və Əl-Qəssam Batalyonlarının nəzdində olan əsirləri silah, qətl və tsoyqırım yolu ilə geri qaytarmağa ümid edirdi və atəşkəsi qəbul etnəyəcəyini bildirirdi və humanitar atəşkəs də daxil olan Təhlükəsizlik Şurasının qətnaməsinin icrasını rədd etdi. Lakin təxminən 50 gündən sonra düşmən müqavimət şərtlərinə və cəsur xalqımızın iradəsinə boyun əydi"

Həniyyə deyib: "Biz Qətər və Misirin himayəsi altında son həftələrdə müqavimət qrupları ilə məsləhətləşərək, xalqımızı aclıq, mühasirə və boğulma siyasəti qarşısında qorumaq və onların ehtiyaclarını təmin etmək üçün çətin danışıqlara girdik və bu danışıqları məsuliyyətli və balanslı şəkildə idarə etdik". 

Həniyyə bildirib ki, düşmən atəşkəs və mübadilə razılaşmasına əməl etdiyi müddətcə hərəkat ona sadiqdir. O, həmçinin Qəzzə xalqına qarşı təcavüzün dayandırılması, Qəzzənin mühasirəsinin aradan qaldırılması və əsirlərin mübadiləsi üçün səylərin davam etdirilməsini alqışladıqlarını bildirib və ərəb və dost ölkələrin, xüsusilə də Çin və Rusiyanın səylərinin davam etdirilməsinin vacibliyini vurğulayıb. 

HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə deyib: "Qəzzə xalqı müqaviməti, güclü iradəsi və dayanıqlılığı ilə İsrail rejimini müqavimətin şərtlərini qəbul etməyə məcbur edə bildi və müvəqqəti atəşkəs və əsirlərin mübadiləsi razılaşması əldə olundu".
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-26-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap