header

 Ermənistan lideri KTMT-dən çıxma ehtimalını şərh edib

 Ermənistan lideri KTMT-dən çıxma ehtimalını şərh edib

Paşinyan: Zərurət əsasında qərar veriləcək

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, KTMT-nin hərəkətləri onun Ermənistan qarşısında öhdəliklərinə cavab vermir.

İctimaiyyətlə onlayn sual-cavabda Paşinyana Ermənistanın niyə hərbi blokdan çıxmaması və siyasi iradənin olmaması barədə sual verilib.

Paşinyan bildirib ki, Ermənistanın siyasi iradəsi var və zərurət əsasında qərar veriləcək, bu da Ermənistanın maraqlarından irəli gələcək.

“Hazırda hər hansı qərar qəbul qəbul etməmişiksə, bu, Ermənistanın dövlət maraqlarından irəli gəlir. Bizim qeydlərimiz göstərir ki, KTMT-nin de-fakto hərəkətləri və ya hərəkətsizliyi onun Ermənistan Respublikası qarşısında öhdəliklərinə cavab vermir. Biz isə bu məsələni şəffaf şəkildə qaldırmışıq”, - deyə Paşinyan vurğulayıb.

O bildirib ki, Ermənistan öz mövqeyini KTMT üçün başa düşülən etmək üçün hər şeyi edir.

Bu arada Rusiya Federasiyası Prezidetinin mətbuat katibi Dmitri Peskov Ermənistanın bundan sonra da Moskva üçün müttəfiq olaraq qalacağını bəyan edib.

O, ümidvar olduğunu bildirib ki, Ermənistan öz xarici siyasətinin vektorlarını dəyişməyəcək və assosiasiya ölkələrinin müttəfiqi və strateji tərəfdaşı olaraq qalacaq.

Paşinyan: Zərurət əsasında qərar veriləcək
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-26-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap