header

 Ermənistanın Hindistan və Fransadan silah alması nə ilə diqqət çəkir?

 Ermənistanın Hindistan və Fransadan silah alması nə ilə diqqət çəkir?

Business Insider: Rusiya qonşu ölkələrdə təsirini itirir

Nyu-Yorkda fəaliyyət göstərən Biznes İnsayder (Business Insider) vebsaytı iddia edib ki, Rusiyanın müttəfiqinin Fransa və Hindistan silahlarını alması Moskvanın qonşu ölkələrdə təsirini itirməsinə daha bir işarədir.

Dünyada maliyyə və biznes xəbərlərini yayan vebsayt öz məqaləsində yazır: Son həftələrdə Ermənistan Fransadan hava hücumundan müdafiə sistemləri və radarları, Hindistandan isə hava hücumundan müdafiə sistemləri sifariş edib. Bu isə sentyabrda Azərbaycanın Dağlıq Qarabağı zəbt etməsi və 120 min erməninin bölgəni tərk etməsi ilə başa çatan hadisələr və qonşu Azərbaycanla gərginlik fonunda baş verir.

Sayt sona qeyd edir: Ermənistanın hərbi satınalmaları həm də onunla diqqəti çəkir ki, İrəvan Rusiya hərbi texnikasından asılılığını azaltmaq üçün nəzərəçarpacaq addımlar atır və bu, əslində Yerevana Azərbaycanın artan təzyiqlərinin öhdəsindən gəlməyə kömək etmir.

Bir müddət əvvəl İrəvana silah satışı ilə bağlı mətbuat konfransında Fransanın müdafiə naziri bildirib ki, hava hücumundan müdafiə “mütləq əsas məqamdır”. O, həmçinin Parisin İrəvana üç GM 200 radarı satdığını və gələcəkdə Mistral qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün müqavilə imzaladığını açıqlayıb.

Hərbi ekspert Ceyms Rocers bu haqda Biznes İnsayderin müxbirinə deyib ki, “Ermənistanın Fransadan hava hücumundan müdafiə sistemləri sifariş etmək qərarı mühüm addımdır. Bu, Ermənistanın öz ordusunu modernləşdirmək səylərində irəliyə doğru böyük addım atdığını göstərir”.

Noyabrın əvvəlində İrəvanın Hindistandan külli miqdarda silah, o cümlədən “Zen” pilotsuz təyyarələri alıb. Bundan əvvəl, 2022-ci ildə Ermənistan Hindistan istehsalı olan dörd ədəd “Pinaka” reaktiv yaylım atəşi sistemi əldə edib.

Ekspert Nikolas Heras saytla müsahibədə qeyd edib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Hərbi Hava Qüvvələrinə qarşı müdafiə imkanlarını artırır.

Biznes İnsayder sonda bildirir ki, Ermənistanın Rusiya ilə tərəfdaşlığı getdikcə azalır və Paşinyan yavaş-yavaş, lakin əminliklə Ermənistanı NATO-ya yaxınlaşdırır. Bu istiqamətdə Paşinyan Ermənistanın ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün Rusiyadan asılı olmaq istəmir və onun ABŞ-la münasibətləri qurmaq səyləri bu məqsədə xidmət edir

Business Insider: Rusiya qonşu ölkələrdə təsirini itirir
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-28-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap