header

 Yəmənin İsrail rejiminə müharibə elan etməsi regionda yeni reallıq yaradıb

 Yəmənin İsrail rejiminə müharibə elan etməsi regionda yeni reallıq yaradıb

Xunta rejiminin müttəfiqləri sürprizlə üzləşiblər - TƏHLİL

Yəmənin Qəzzə müharibəsinə müdaxiləsi xunta rejiminin müttəfiqlərini çaşbaş salıb.

Yəmən Əl-Əqsa Tufanı əməliyyatının ardınca sionist rejimin Qəzzəyə qarşı qeyri-insani hücumlarına son iki ayda raket və PUA hücumları ilə reaksiya verib. Növbəti mərhələdə Yəmən qırıcıları İsrailə gedib-gələn gəmilərə qarşı hərəkətə keçdi.

Yəmənlilərin Bab əl-Məndəbdə İsrail gəmilərini hədəf almasından sonra və indi Amerikanın gəlişi ilə böhran beynəlxalq miqyas alıb.

ABŞ müdafiə naziri Lloyd Austin bölgədəki ticarət gəmilərini qorumaq vəzifəsi ilə İngiltərə, Kanada, Fransa və İtaliya da daxil olmaqla bir sıra ölkənin iştirakı ilə koalisiya qüvvələri qurduqlarını açıqlayıb.

Maraqlıdır ki, Amerikanın müttəfiqlərindən Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri sözü gedən koalisiyaya qoşulmaqdan imtina ediblər.

Buna cavab olaraq Yəmənin müdafiə naziri Məhəmməd Nasir əl-Ətifi deyib: “Sizin dəniz donanmalarınızı, gəmilərinizi, sualtı qayıqlarınızı və təyyarə daşıyan gəmilərinizi batırmaq üçün imkanlarımız var. Qırmızı dəniz sizin məzarınız olacaq”.

Yəmənin Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüssəlam isə sionist rejimə dəstək verən Qərb dəniz koalisiyasınına xəbərdarlıq edərək vurğulayıb ki, Qərb freqatları və Qırmızı dənizin qərb sahillərindəki hərbi bazalar Yəmən ordusu və müqavimətin əməliyyatına mane ola bilməz.

Burada vacib sual budur ki, ABŞ ötən əsrin 70-ci illərində olduğu kimi, sionistlərin Suriya və Misirdəki həvəskar ərəb ordularını Sovetlərin köməyi olmadan əzməsinə yol açmaqla İsraili düşdüyü fəlakətdən qurtara biləcəkmi?

Əslində Bayden çıxılmaz vəziyyətdədir və bu vəziyyətdən qurtulmaq üçün siyasi nüfuzunu və hərbi gücünü beynəlxalq arenada səfərbər edib. Lakin hadisələrin gedişatı göstərir ki, Bab əl-Məndəb boğazı Qərb koalisiyası üçün bataqlığa çevrilə bilər. Çünki regionda yeni reallıq yaranıb və Müqavimət bütün variantlara hazır olaraq təşəbbüskarlığı öz əlinə alıb. Bu kontekstdə Bayden hökumətinin yəmənli mübarizlər tərəfindən ciddi sürprizlərlə üzləşməsi və ABŞ hərbi dəniz donanmasının ağır xəsarətlərə məruz qalması 2024-cü il seçkilərində demokratları məğlubiyyətə sövq edə bilər.

Bu isə o deməkdir ki, hökumətin BMT Təhlükəsizlik Şurasında Qəzzə ilə bağlı qətnamələrə veto qoyması, İsraili ən müasir silah və texnika ilə təmin etməsi və indi onun xeyrinə koalisiya qurması bumeranq olaraq Birləşmiş Ştatların özünə qayədacaqdır.

Xunta rejiminin müttəfiqləri sürprizlə üzləşiblər - TƏHLİL
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-21-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap