header

 Hakimiyyət İslam həmrəyliyini unudub

 Hakimiyyət İslam həmrəyliyini unudub

ŞOK: Azərbaycan neftinin İsrailə ixracı 2,2 milyon tonu ötüb

Azərbaycan hakimiyyəti İsrailin boykot edilməsi çağırışlarını qulaqardına vuraraq bu rejimin hərb maşınını yanacaqla təmin etməkdə israrlı qalır və hətta payını bir qədər də artırıb.

Dövlət Gömrük Komitəsinin ən son statistik məlumatında deyilir ki, Azərbaycan dövləti bu ilin yanvar-noyabr aylarında İsrailə neft satışını 4%-dən çox artırıb.

Məlumatda qeyd olunur ki, Azərbaycan İsrailə təxminən 1.4 milyard ABŞ dolları dəyərində 2 milyon 244 min ton xam neft ixrac edib. Bu da ötən ilin analoji müddəti ilə müqayisədə 4,37 faiz artım deməkdir.

Ümumilikdə 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan elan edilmiş neftin dünya bazarlarına ixracı 24 milyon ton təşkil edib.

Bu yaxınlarda Bloomberg-in dərc etdiyi məlumatda deyilirdi ki, İsrail rejimi gündə təxminən 200 min barrel xam neft idxal edir. Və onun 60%-i müsəlman ölkələri olan Azərbaycan və Qazaxıstanın payına düşür.

Azərbaycan Respublikasında müstəqil analitiklər xəbərdarlıq edirlər ki, Sionist İsrailin Qəzzədə Fələstin xalqına qarşı soyqırımı cinayəti ilə məşğul olduğu zaman, işğalçı rejimə neft tədarükü bu müsəlman ölkəsinə bədnamlıq qazandıracaq və bu məsələ, ən azı fələstinlilərin yaddaşından silinməyəcək, onlar ağır günlərində təcavüzkar rejimin ortaqları sırasında ABŞ və digər Qərb dövlətləri ilə bərabər Azərbaycanın da yer aldığını deyəcəklər.

ŞOK: Azərbaycan neftinin İsrailə ixracı 2,2 milyon tonu ötüb
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-21-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap