header

 Bu gun 31 dekabr Azərbaycan Respublikasında dünya azərbaycanlılarının həmrəyliyi günü adı altında təqvimə salınıb.

 Bu gun 31 dekabr Azərbaycan Respublikasında dünya azərbaycanlılarının həmrəyliyi günü adı altında təqvimə salınıb.

Bu gun 31 dekabr Azərbaycan Respublikasında dünya azərbaycanlılarının həmrəyliyi günü adı altında təqvimə salınıb.

Azərbaycan Respublikası mənbələirnə görə 1989-cu ildə SSRİ Naxçıvanının İranla sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların dağıdılmasına dair qərarından sonra Sovet İttifaqının yerli hakimiyyəti və qurumları buna mane olmaq üçün bütün hərbi və siyasi təsir vasitələrinə əl atsalar da Xalq Cəbhəsinin yaratdığı “Sərhəd hərəkatı” siyasi aksiyaları genişləndirdi və nəhayət SSRİ-nin İranla dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri naxçıvanlılar tərəfindən elliklə söküldü və ilk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. Bu hərəkat qısa zamanda Azərbaycan Respublikasının İranla digər sərhədlərinə də yayıldı və Azərbaycanlılar İran sərhədlərinə toplaşaraq sərhəd manelərini söküb İrana keçdilər.

Azərbaycan mənbələri onu da qeyd edirlər ki, sovet hakimiyyəti Azərbaycan xalqının bu təşəbbüsünü təxribat hesab edərək ona qarşı ağır repressiya metodlarından istifadə etdi hətta 1990-cı il 20 yanvar hadisələrinin də sərhəd hadisələri ilə əlaqədar olduğu deyilir belə ki, SSRİ ordusu 20 yanvar faciəsini törətməklə həm də Azərbaycan xalqının böyük həyəcan və sevgi ilə sərhədləri qırıb sovetdən qaçması və İrana uz tutmasının intiqamını almaq istədi.

Bütün bu deyilənləri qısa formada belə xülasələşdirmək olar: Sovet hakimiyyətinin zülmündən, ideoloji basqısından boğaza yığılan Azərbaycan xalqı ilk fürsətdə, ateist rejimin binövrələrinin laxladığını hiss etdikdə ən birinci təşəbbüs olaraq, İran sərhədlərinə üz tutdu və tarix boyu bərabər yaşadığı millətə qovuşmaq istədi.

Kommunist rejimin Azərbaycan xalqının İrana üz tutmasına mane olmaq üçün bütün vasitələrdən istifadə etməsi də göstərir ki, burada ideoloji amil əsas rol oynayıb və ateist rejimi qəzəbləndirən Azərbaycan xalqının din zəminində cənuba üz tutması olub.

Digər diqqət çəkən fakt sərhədlərin cənub tərəfdən deyil, şimal tərəfdən sökülməsi və axının cənubdan şimala deyil şimaldan cənuba baş verməsi faktıdır. Hansı ki, yuxarıda qeyd olunduğu kimi Azərbaycan mənbələri bunu təsdiq edirlər.

Ancaq qəribədir ki, sözü gedən tarixi proseslərin qeyd olunması üçün Əbulfəzl Elçibəy tərəfindən tərvic olunan 31 dekabr günü barədə, İran azərbaycanlılarının da sovet azərbaycanlılarına qovuşmaq cəhdi iddia edilir. O da qəribədir ki, Xalq Cəbhəsini və Əbulfəzl Elçibəyi xəyanətdə, səriştəsizlikdə, regional və beynəlxalq siyasəti bilməməkdə ittiham edən sonrakı hakimiyyət Elçibəyin başlatdığı hərəkatın təsdiqçisi oldu. 

31 dekabr münasibətinin Əbulfəzl Elçibəyin yoxsa keçmiş prezident Heydər Əliyevin təşəbbüsü olmasına baxmayaraq, diqqət çəkən məqam bu tarixi hadisənin təhrif olunmasıdır.

Elə Azərbaycan variyantının özü təhrifin baş verdiyini açıq-aşkar təsdiq etməkdədir.

Elə Azərbaycan Respublikasının 31 dekabr ilə bağlı variantını əsas götürsək, əgər 1989-cu ilin noyabr ayından başlayan sərhədləri dağıtmaq hərəkatı Naxçıvandan sovet Azərbaycanının İranla digər sərhədlərinə yayılıbsa, sərhədləri dağıtmaq sovet Azərbaycanı insanları tərəfindən törədilibsə, bütün bu hadisələr SSRİ-nin daxilində başlayan etirazlar zamanı və imperiyanın dağılması ərəfəsində baş veribsə, həmin zamanda İran tərəfində siyasi sabitlik hökm sürür və İran tərəfdən kimsə sərhədlərə toxunmayıbsa, İran hökuməti sərhədləri dağıdan naxçıvanlılar və sovet Azərbaycanının digər vətəncaşlarına İrana keçmək şəraiti yaradıbsa, onlar İranın hakimiyyət strukturları tərəfindən qonaq kimi qəbul olunub xərcləri təmin edilibsə deməli Azərbaycan Respublikasında 31 dekabr barədə təbliğatda ciddi təhriflərə yol verilir.

 Elçibəyin dahaz ifratçı düşüncəsinin məhsulu olan naşıyana siyasi məqsəd güdən və İranın etimadını sarsıtmaq xarakteri daşıyan təhrif olunmuş 31 dekabr münasibəti sonrakı iqtidar tərəfindən rəsmiləşdirilsə də, həqiqət öz yerində qalır və 1989-cü ildən bu günədək Azərbaycan Respublikasının müsəlman şiə xalqının İrana olan dərin sevgisinin gün-gündən artması 31 dekabrın əslində Azərbaycan xalqının İran xalqı ilə həmrəylik günü olduğu faktını sübut edir.

Bu gun 31 dekabr Azərbaycan Respublikasında dünya azərbaycanlılarının həmrəyliyi günü adı altında təqvimə salınıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-31-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap