header

 Azərbaycanlı politoloqdan bədbin proqnoz:

 Azərbaycanlı politoloqdan bədbin proqnoz:

Ərəstun Oruclu: 2024-cü ildə iqtisadi vəziyyət daha da ağırlaşacaq

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri 2024-cü ildə Azərbaycanda bir sıra problemlərin meydana çıxacağını proqnoz edib. 

Ərəstun Oruclu bu barədə özünün feysbuk hesabında yazıb: “2024-cü ilin hansısa müsbət hadisələrlə yadda qalacağını demək üçün artıq bu gün heç bir əsas görünmür. İqtisadi vəziyyət daha da ağırlaşacaq, yaxın aylarda hətta növbəti devalvasiya da ola bilər, sosial problemlər artacaq, bahalaşma davam edəcək”.

Ekspertin fikrincə, korrupsiya ölkədə daha da vüsət alacaq, cəmiyyətin sosial təbəqələşməsi daha da dərinləşəcək. Bunların qarşısını almaq üçün nə xüsusi proqram, nə mexanizmlər, nə də ən başlıcası siyasi iradə var.

Ərəstun Oruclu həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ən yaxşı halda xeyli uzanacaq, çünki həmin müqavilənin imzalanması böyük güclərin bölgə ilə bağlı planlarını poza bilər. Sülh sazişi yalnız bölgədə bir tərəfin üstünlüyü olacağı halda imzalana bilər. Təbii ki, həmin o "bir tərəfin" maraqlarına uyğun.

Ərəstun Oruclu: 2024-cü ildə iqtisadi vəziyyət daha da ağırlaşacaq
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-01-2024
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap