header

 Vətəndaş cəmiyyəti fəalları İlham Əliyevə müraciət ediblər

 Vətəndaş cəmiyyəti fəalları İlham Əliyevə müraciət ediblər

Azərbaycanda fəaliyyət göstərən hüquq-müdafiə təşkilatları, vəkil və media nümayəndələri Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib, ölkədə siyasi məhbus probleminin həllinə çağırıb.

Müraciətdə Aərbaycan Respublikasının işğala son qoymasından sonra yeni mərhələyə daxil olduğu və bu gün Azərbaycan xalqının insan hüquq və azadlıqları, həmçinin sosial siyasət sahəsində də islahatlar gözlədiyi bildirilir.

Müraciətdə deyilir:

«İstər hüquq-mühafizə orqanları, istərsə də məhkəmə-hüquq sisteminin bir çox məsələlərdə mövcud qanunlardan sui-istifadə etməsi, onları şəxsi maraqları naminə heçə salması ölkədə ciddi problemlərə yol açır. Məhkəmələrin fəaliyyətinin müstəqil olmaması, ədalətsiz hökmlərin sayını artırır.”

Müraciətdə dindarların da daxil olduğu son həbslərin dövlətə inamı sarsıtdığı bildirilir:

 “Son vaxtlar bir çox istər tanınmış ictimai-siyasi xadim, mətbuat nümayəndəsi, istərsə də dini kəsim nümayəndəsi kifayət qədər əsassız ittihamlarla həbs olunub. Hazırda yüzlərlə insanın taleyinə təsir göstərən bu həbslər, həm də insanların dövlətə qarşı inamına zərbə vurur», - daha sonra sənəddə deyilir.

Müraciətdə Bəxtiyar Hacıyev, Qubad İbadoğlu, Nazim Baydəmirli ilə yanaşı son vaxtlar həbs edilən jurnalistlərin adları çəkilib, onların heç bir əsaslı dəlil-sübut olmadan həbs edildikləri bildirilir və Prezident İlham Əliyevdən bütün siaysi məhbusların azad edilməsinə təşəbbüs göstərməsi istənilir.

Müraciəti Novella Cəfəroğlu, Səidə Qocamanlı, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Səadət Bənənyarlı, Dilarə Əfəndiyeva, Mehman Əliyev, Hilal Məmmədov, Sevinc Sadıqova, Məlahət Zeynallı, Zibeydə Sadıqova, Şəhla İsmayıl, Mehriban Zeynalova, Gülarə Nərimanova,Rəsul Cəfərov, Qalib Toğrul, Elçin Həsənzadə və digərləri imzalayıb.

Azərbaycanda fəaliyyət göstərən hüquq-müdafiə təşkilatları, vəkil və media nümayəndələri Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib, ölkədə siyasi məhbus probleminin həllinə çağırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-11-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap