‣Ramazan ayını 18-dən 19-a keçən gecə müttəqilərin əmiri, övliyaların rəhbəri Həzrəti Əlinin(ə) zərbətləndiyi gecədir. Bu hadisədən sonra İmam (ə) 3 gün yaşadı. O həzrəti İbn-Mülcəm Kufə məscidində sübh namazında arxadan, başından qılıncla vurmuşdu. Ramazan ayının 21-də Yer üzünün höccəti gözünü dünyaya yumub, Allaha qovuşdu.
‣İslam İnqilabının Aliməqamlı Rəhbəri ramazan ayını ilahi ziyafət və Allahın sonsuz rəhmət ayı adlandırıb və qəlbi təmizləməyi və Qurani-Kərimi təfəkkürlə oxuyub dərk etməyi bu ilahi ziyafətdən bəhrələnmək üçün mühüm amillər kimi dəyərləndirib.
‣Əhli-Beyt (ə) davamçılarından birinə bir xan sillə ilə vurur və yerə yıxır. Məzlum deyir: “Mənim sənə gücüm çatmır, ancaq bizim Əmirəl-möminin (ə) adlı bir mövlamız vardır. Ona şikayət edəcəyəm. O, mənim intiqamımı səndən alacaqdır”.
‣Rəbiül-əvvəl ayının 12-indən (red: bu il 19 oktyabr 2021-ci ilə təsadüf edir). - etibarən “Vəhdət həftəsi” başlanır və bütün müsəlmanları öz ətrafında birləşdirən bu həftə mövlud həftəsi kimi qeyd edilir. Elə bu münasibətlə, bütün İslam ümmətini təbrik edirik.