Bu gün İmam Hüseynin (ə) mövlud günüdür
Bu gün İmam Hüseynin (ə) mövlud günüdür
Posted on : Əqidələr 03/06/2022
Bu gün İmam Hüseynin (ə) mövlud günüdür
Bu gün hicri qəməri tarixi ilə şaban ayının 3-cü Məhəmməd peyğəmbərin sevimli nəvəsi, İmam Əlinin (ə) və peyğəmbərin qızı Fatimənin (s.ə) oğlu, müsəlmanların 3-cü imamı həzrət imam Hüseynin (ə) mövlud günüdür.
İmam Hüseyn (ə) hicrətin 4-cü ilində şaban ayının 3-də Mədinə şəhərində dünyaya göz açıb. İmam ömrünün altı ilini babası peyğəmbər (s) ilə keçirib. Həzrət peyğəmbərin (s) vəfatından sonra isə otuz il atası həzrət İmam Әli (ə) ilə eyni dövrdə yaşayaraq onun bütün dərdlərinə, çətinliklərinə şərik olub və həmişə atası ilə çiyin-çiyinə islamın təbliği və ədalətin bərpası yolunda çalışıb. İmam Əlinin şəhadətindən sonra qardaşı İmam Həsənə (ə) beyət edib.
İmam Həsən (ə) Müaviyə ibni Əbu-Sufyan tərəfindən şəhid edildikdən sonra İmam Hüseyn (ə) imamət məqamına yetişib. Lakin İmam Hüseyn (ə) ilə əshabı hicri 61-ci ilin Məhərrəm ayının 10-da Kərbəla adlanan yerdə Yezid ibni Müaviyənin ordusu tərəfindən şəhid edilir.
İmam Hüseynin (ə) həyatının bütün mərhələləri qəhrəmanlıq və şücaət məktəbidir. Əsrlər boyu formalaşan ənənəyə uyğun olaraq, Əhli-beytdən (ə) söz düşdükdə, hər imam fərqli simalarda təsvir edilir. İmam Hüseyn (ə) dünyada fədakarlığın ən bariz rəmzi kimi hər il Azərbaycanda da anılır. Hər il məhərrəm ayında insanlar İmam Hüseynin (ə) fədakarlığını yad edərək, ona olan eşqlərini nümayiş etdirirlər.
İmam Sadiq (ə) buyurur ki, bir gün Məhəmməd peyğəmbər (s) nəvəsi İmam Hüseynə baxaraq onun din və ümmət yolunda şücaət və fədakarlıq göstərəcəyi barədə bir xəbər verir. Məhəmməd Peyğəmbər buyurur: Hüseynin ölməsi möminlərin qəlbində elə bir hərarət yaradacaq ki, o heç vaxt sönməyəcək. (Müstədrək əl-Vəsail c-10, səh-318)
İmam Hüseynin (ə) mövludu digər ölkələrdə olduğu kimi Azərbaycanda da inanclılar tərəfindən qeyd edilir.