header

 Məbəs bayramı mübarək olsun!

 Məbəs bayramı mübarək olsun!

Bu gün 1443-cü hicri qəməri ili rəcəb ayının 27-si, 2022-ci milad ili martın 1-i əziz İslam peyğəmbəri həzrət Məhəmmədin (s.ə.s) besətinin ildönümü günüdür.

Tashaio.com-ın məlumatına əsasən, 1456 il öncə belə bir gündə, rəcəb ayının 27-də həzrət Məhəmməd (s.ə.s) Allah-Taala tərəfindən peyğəmbərliyə təyin olundu.

O zaman həzrət Məhəmmədin(s.ə.s) 40 yaşı var idi. O, hələ uşaqlıq illərində yaradılış barədə dərin baxışlara malik idi. Daim insanın aliliyi və kəraməti barədə düşünərdi. Sədaqət, əmanətə sədaqət və xeyirxahlıq o həzrətin məhşur xüsusiyyətlərindən idi.

Həzrət Məhəmməd (s.ə.s) vaxtının çoxunu ibadət etmək, düşünmək, Məkkənin şimalında, Nur dağında olan Hera mağarasına çəkilmək və Allaha ibadət etməklə məşğul olardı. Belə bir gündə Hera mağarasında olarkən vəhy mələyi, cənab Cəbrayıl nazil olur və həzrət Məhəmmədə (s.ə.s) Allah tərəfindən peyğəmbər təyin oldnduğu barədə müjdə verir. O andan o həzrətin sonuncu ilahi peyğəmbər olaraq ağır missiyası başlanmış oldu.

Həzrət Məhəmmədin (s.ə.s) peyğəmbərliyə təyin olunduğu gün insanın şirk, ədalətsizlik, ayrı-seçkilik, cəhalət və pozğunluqdan nicat yoluna qədəm basdığı gündür.

SəhərAzəri Televiziya kanalı adından həzrət Məhəmməd Mustafanın(s.ə.s) Allah tərəfindən peyğəmbər təyin edildiyi gün və müsəlmanların ən böyük bayramlarından olan "Besət" bayramı münasibətilə bütün dünya müsəlmanlarını təbrik edirik.

Bu gün 1443-cü hicri qəməri ili rəcəb ayının 27-si, 2022-ci milad ili martın 1-i əziz İslam peyğəmbəri həzrət Məhəmmədin (s.ə.s) besətinin ildönümü günüdür.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-01-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap