header

 Qəzzəyə daxil olan yüklər yetərsizdir

 Qəzzəyə daxil olan yüklər yetərsizdir

Qəzzə səhiyyə nazirliyinin şöbə müdiri indiyədək Qəzzəyə daxil olan humanitar yüklərin yetərsiz olmasına işarə edib.

Munir Əlbərş deyib: İndiyədək Qəzzə zolağına, xüsusən zolağın şimal bölgələrinə daxil olan yanacaq və tibbi yardımlar olduqca məhdud və yetərsizdir.

Əlbərş söyləyib: Sionist rejim ordusunun Qəzzə zolağındakı xəstəxanalara qarşı hücumlarından qalmış dağıntılar aşkar bir cinayətdən söz açır.

BMT də bildiribdir ki, ötən gün su paketləri, qida və tibb yardımlarını daşıyan altmış bir yük maşını öz yükünü Qəzzə zolağının şimalında boşaldıbdır.

Belə bir halda, Həmas hərəkatı ilə sionsit rejim arasında əldə olunmuş razılaşmaya əsasən, hər gün humanitar yüklər daşıyan iki yüz yük maşınının Qəzzə zolağına daxil olması qərara alınmışdı. Amma  indiyədək iki yüz qırx səkkiz yük maşını bu bölgəyə daxil olub.

Qəzzə səhiyyə nazirliyinin şöbə müdiri indiyədək Qəzzəyə daxil olan humanitar yüklərin yetərsiz olmasına işarə edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-26-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap