header

 Müharibədən sonra mina kabusu Azərbaycan üçün ciddi problem olaraq qalmaqdadır

 Müharibədən sonra mina kabusu Azərbaycan üçün ciddi problem olaraq qalmaqdadır

Hikmət Hacıyev: Mina qurbanlarının sayı artmaqda davam edir

Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki səhifəsində mina problemi ilə bağlı paylaşım edib.

Prezidentin köməkçisi dekabrın 27-də işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində baş verən mina partlayışına diqqət çəkib.

Paylaşımda qeyd olunur ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın 341 vətəndaşı mina qurbanı olub.

Göstərilən müddət ərzində mina partlamalarından 65 nəfər ölüb, 276 nəfər isə yaralanıb.

Hikmət Hacıyev: Mina qurbanlarının sayı artmaqda davam edir
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-28-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap