‣Xəzəryanı ölkələrin dövlət başçılarının altıncı sammiti yekun bəyanatı yaymaqla öz işini başa vurub. Bəyanat/ əcnəbi silahlı qüvvələrin Xəzər dənizində iştirak etməmələrinə təkid də daxil olmaqla beştərəfli əməkdaşlıq üzrə ən mühüm mövzuları və tərəfləri maraqlandıran məsələləri əhatə edir.
‣İslam İnqilabının Aliməqamlı Rəhbəri İran məhkəmə sisteminin sədri və bir qrup məsul şəxs və məhkəmə sisteminin işçiləri ilə görüşündə düşmənlər qarşısında dayanmağın nəticəsini qələbə və tərəqqi adlandırıblar.
‣Türkiyənin ana müxalifəti sayılan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu bu parlamentdəki çıxışında jurnalist Qaşıqçının qatili Səudiyyə Ərəbistanı vəliəhdinin Türkiyəyə səfərinə münasibət bildirərək onunla görüşdüyü üçün prezident Ərdoğana iradını bildirib və onu pula görə ölkənin şərəfini tapdalamaqda və satmaqda günahlandırıb.
‣Türkiyə Xarici İşlər Nazirliyi bir bəyanatda bildirib: Təəssüfləndirici haldır ki, Avropa Birliyinin zirvə toplantısında qəbul edilən qərarlarda Türkiyə ilə bağlı qərəzli, dardüşüncəli və gerçəklikdən uzaq baxış müşahidə olunur.