header

 Müsəlmanların dünyanı dəyişmiş ixtiraları - FOTO

Nə yazıq ki, bu dühaların çoxunun adlarını ya bilmirik, ya da bilməyə çalışmırıq.

rta əsrlərin əvvəlləri Avropada "qaranlıq çağ" adlanırdı. Hər şəhər özünü dövlət, hər feodal hökmdar sayırdı və əsl hökmdarlar da belələrinin başını əzir, şəhərlərini alır, dövlət qururdular. Avropa şəhərlərinin istisnasız olaraq hamısında hamam, kanalizasiya, balacalar üçün məktəblər, böyüklər üçün həkimxanalar və xəstəxanaların nə olduğunu bilmirdilər.

Hazırda Qərbdə islamofobiya və müsəlmsan düşmənçiliyi meylləri artır, müsəlmanların bəşər tarixində və elmində tutduqları yerlər "təftiş" olunur.
Fəqət, müsəlmanlar dünya elminə və bəşər tarixinə böyük töhfələr veriblər.
Milli.Az bildirir ki, müsəlmanların dünyanı dəyişmiş 5 ixtirası belədir:

1. CƏBR. Dünya elmlər çoxdur, amma bütün elmlərin "şahı" qismində cəbr görünür. Dahi riyaziyyatçı, astronom, coğrafiyaçı və filosof Əbu Abdulla Məhəmməd  ibn Musa əl Xarəzmi indi cəbr adlandırılan "əl cəbr" elminin banisi sayılır. 783-cü ildə Xivədə doğulan, 850-ci ildə Bağdadda vəfat edən dahi alimi yaşadığı dönəmdə fenomenal, heyrətamiz biliklərinə görə "əl Məcusi", yəni "sehrbaz" adlandırırdılar. 

Alimlər müasir cəbr elminin təməli qismində əl Xarəzminin "Kitab əl cəbr vəl mükabala" əsərin görürlər. 13-cü əsrdə bu əsər latın dilinə tərcümə edilərək "Carmen de Algorismo i Algorismus vulgaris" kimi tanınmışdı və ta 20-ci əsrədək riyaziyyatçıların istifadəsində olmuşdu.

2. ALİ TƏHSİL. 859-cu ildə Mərakeş şahzadəsi Fatimə əl Fihrinin göstərişi ilə Fəs şəhərində dünyada ilk dəfə olaraq elmi dərəcə verilən universitet yaradıldı. Şahzadə Fatimənin bacısı Məryəm əl Fihri həmin şəhərdə məscid yaratdı. Az sonra universitet və məscid vahid kompleksə çevrilərək ."əl Qərauyyin" adlandı.
Əl Qərauyyin dünyanın ilk, ən qədim universiteti sayılır.

3. XƏSTƏXANALAR VƏ PULSUZ SƏHİYYƏ. Dünyada ilk xəstəxanada 872-ci ildə Qahirədə fəaliyyətə başlayıb. Əhməd ibn Tulunun yaratdığı bu xəstəxanada dünyada ilk dəfə olaraq xəstələr mərəzlərindən asılı olaraq ayrı-ayrı otaqlarda müalicə olunurdu və onları təbiblərlə bahəm, "tibb qardaşları" adlanan şəxslər müayinə edirdilər. Həmin xəstəxanada ehtiyacı olan hər kəsə pulsuz müalicə olunurdu.
Məhz ibn Tulunun müalicəxanası indiki xəstəxanaların "əcdadı" sayılır. 
1000-ci ildə isə Qasım əl Zəhravai 1540 səhifəlik tibb ensiklopediyasını yazdı. Həmin ensiklopediyadan indi də istifadə olunur.

4.  OPTİKA VƏ FOTOQRAFİYA. Qədim yunan alimləri və filosofları əmindilər ki, insan gözləri ətrafa şüalar yayır. İnsan da məhz bu şüalar sayəsində görür. Lakin işıq şüalarının gözdən yayıldığını yox, gözə düşdüyünü və insanın da bunun sayəsində gördüyünü dünyada ilk dəfə anlayaraq sübut edən şəxs 10-cu əsrdə yaşamış müsəlman alim - fizik, cərrah və astronom Əhməd ibn Heysəm oldu. Dünyada ilk fotokameranı da kəşf edən oldu. "Kamera" sözünün mənası da ərəb dilindəki "əl qamara", yəni "qaranlıq, sakit otaq" deməkdir. İraqın Bəsrə şəhərində yaşamış Əbu əl Həsən isə gözün fəaliyyətini təfərrüatla öyrənmiş il alim oldu. Habelə o, əyri səthli şüşələrin görüntüyün böydə bildiyini sübut etdi. Həmin əyri şüşələr, yəni linzalar optika elminin yaranmasına və inkişafına təkan verdi.

5. GİGİYENA. Əl-üzğ yumağı və çimməyi Avropaya müsləmanlar "qaytardılar, çünki Qədim Roma dönəmindən sonra avropalılar yalnız doğulanda, bir də ölüm ayağında yuyulurdu. Sabun da müsəlmanların ixtirası sayılır. Şampuna gəldikdə isə, Britaniya şampunun nə olduğunu 1759-cu ildə, ölkəyə gəlmiş müsəlmanın Londonda "müsəlman hamamı" açmasından sonra bildi. Diş fırçasına gəldikdə isə, ən məşhur alimlər də etiraf edirlər ki, indiki diş fırçasının "ulu babası" hələ ilkin orta əsrlərdə müsəlmanların dişlərini təmizlədikləri, əraq ağacından hazırlanan misvaqdır.

Müsəlman alimlərin kəşf etdikləri digər nəsnələr də var.
Məsələn, Rayt qardaşlarından min il əvvəl yaşamış müsəlman şair, astronom və mühəndis Abbas ibn Firnas uçan aparat düzəltmək istəyib. O, 852-ci ildə ağac dayaqlarla özünə bərkitdiyi plaşla məscidin minarəsindən tullanıb. O, quş kimi uçacağına ümid edirdi, ancaq bu alınmadı. Plaşı yerə dəyməsini zəiflətdi və onu haradasa ilk paraşüt adlandırmaq olar. Alim cüzi qorxu və yüngülvari travma ilə bu təcrübədən çıxmışdı. 70 yaşında öz aparatını daha da müasirləşdirdi və dağdan tullanmaqla öz cəhdini təkrarladı. O, 10 dəqiqə havada qalsa da, yerə enərkən çırpılır: məsələ burasındadır ki, alim aparata quyruq düzəltməmişdi.
Mexanikanın ən vacib tapıntılarından sayılan dirsəkli val müsəlman mühəndis əl-Cəzari tərəfinən ixtira olunub. Bu gün müasir maşınlarda istifadə olunan bu əşya ilk əvvəl irriqasiyada tətbiq olunub.

O, həmçinin ventil və klapanları ixtira edib, ilk mexaniki saat hazırlayıb.

Kodlu qıfıl da onun kəşfidir.
Bir sıra müasir cərrah alətləri, o cümlədən nazik qayçı, kəlbətin, neştərlər, tibb mişarı bu gün də müsəlman əl Zəhravinin kəşf elədiyi kimi qalıb. Məhz o, daxili tikiş zamanı orqanizm tərəfindən sorulan, həmçinin tibbi kapsulalar hazırlanarkən istifadə olunan ketqutu ixtira edib.

13-cü əsrdə, Uilyam Qarveydən 300 il öncə müsəlman həkim İbn Nafis qan dövranı prosesi barədə yazmışdı.

Müsəlman həkimlər, həmçinin anestetiklər və kataraktanın çıxarılması üçün iynəni kəşf edib.
İlk avtoqələm 953-cü ildə Sultan üçün ixtira edilib. Sultan onun paltarını və əlini bulamayan qələm tələb etmişdi. O zaman mürəkkəbin qələmin ucluğuna axması sistemi indiki kimi olub.

İndi dünyanı idarə edən və millətləri lərzəyə salan Avropa o vaxt yuxuda idi.

Şüurun yuxusu ən qorxunc varlıqları beyində oyadır, insanları insanlıqdan çıxararaq qaniçənlik və vəhşiliyə, qəddarlıq və ilhaqlara atırdı.

İspaniyanın cənubundakı şəhərlərdən tutmuş, Çin sərhədlərindəki kəndlərə qədər uzanan İslam aləmində isə elmin sübhü yaşanırdı.

Daha doğrusu, müsəlmanlar "Qızıl dövr"də idilər, amma özləri bunu bilmirdilər.

İndisə Qərb bir yana - bizlər belə müsəlman alimlərindən, İslam aləmindəki dühaların dünya elminin inkişafına verdikləri təkanlardan, onların kəşf, ixtira və icadlarının tam əksəriyyətindən bixəbərik.

Xəbərsizlik isə məzlumluq, zəiflik, itaətdir.

Və bu səbəbdən Qərbdəki kütləvi informasiya vasitələrində müsəlmanları əsrlərdən bəri dünyanı hədələyən insanlar kimi qələmə verənlər az deyil.

Halbuki, İslam aləmində ideyaları, gerçəkdən də, inqilabi olmuş insanlar yüzlər, minlər, on minlərlə idi.

Müsəlmanların elminin və texnikasının inkişafı VIII-XIII əsrlərə təsadüf edir. Məhz həmin dönəmdə müqəddəs Qurani-Kərimdə deyilənlərə və Hz.Məhəmmədin (s.ə.s.) hədislərinə riayət edən İslam alimləri, rəssamları, mühəndisləri, şairləri, filosof və tacirləri ötənlərin ənənələrini qoruyaraq, öz biliklərindən yararlanaraq elm yaymağa başlamışdılar.

VII əsrin əvvəllərində İslam xəlifələri nəhəng əraziləri idarə edir, fütuhatlarla zəfər çalır, alimləri himayə edirdilər. Onlar dərk edirdilər ki, hakimiyyətlə elmin intibahı bir-birindən ayrılanda ölkə üçün faciələr yaradır və bu səbəbdən də elmə böyük diqqət verirdilər.
Bunun da çeşidli səbəbləri vardı. 

Təbabət bilikləri insanların həyatını xilas edir, hərbi texnika və döyüş təmrinləri müharibələrdə qələbəni təmin edir, riyaziyyat isə qalalar, qəsrlər və sarayların tikintisini sürətləndirməklə bahəm, gözəllik və möhtəşəmliyi böyüdürdü.

İslam elmin inkişafına böyük təkan verirdi, çünki "Qızıl dövr"ün xəlifələri ilə hökmdarlar Allahın Rəsulunun "elm Çində də olsa, onun arxasınca gedin" kəlamını unutmurdular.

Elmə xüsusi diqqət verilirdi. Məsələn, X əsrdə, sadəcə, Kordovada 700 məscid və 70 kitabxana vardı. Qahirədəki kitabxanada 2 milyon kitab saxlanılırdı. Mərakeşdəki Əl Qəruin darülfünunu tələbələrinə "elmi hasil etmiş adam kağızı" verirdi ki, bu da müasir diplomların ulu babası idi.

Ərəb dili elmin universal lisanına çevrilmişdi. Əvvəllər ünsiyyət saxlamaq imkanı olmayan alimlər müxtəlif ölkələrdə yaşasalar da, asanlıqla yazışırdılar. Bundan başqa, ərəb dili dəqiqliyi ilə seçildiyindən elmi və texniki terminologiya üçün ideal səviyyədə əlverişli idi.

İspaniyanın cənubundakı Kordovadakı mədrəsələrdən birində dərs deyən alim Bağdad, Şamaxı və ya Səmərqənddəki həmkarları ilə ədəbiyyat, ya da elmlə bağlı müzakirələrə varır, mübahisələr edirdi.

IX əsrdə Bağdadda, xəlifə sarayında hər iki həftədən bir, çərşənbə günləri "məclisül-əql" toplantıları təşkil edilirdi. Yaş, din, irq və yaşadığı ölkədən asılı olmayaraq alimlər, din xadimləri, astronomlar, riyaziyyatçılar, hükəmalar, şairlər bir yerə yığışır, fikir və ideyalarını müzakirə edirdilər. Xəlifənin də qatıldığı bu məclislərdə alimlərdən bir fikrə riayət etmələri və ya İslamı qəbul etmələri tələb olunmurdu. Onlar fikirlərini, mövqelərini aşkar deyə bilərdilər. Bir şərtlə ki, ərəb dilində danışaraq iddialarını məntiqlə izah və sübut etsinlər.

Xəlifə Valid bin Əbdülməlik 707-ci ildə Bağdadda dünyanın ilk xəstəxanasını yaradanda Avropada cərrahlar fırıldaqçı elan edilir, cərrahiyyə əməliyyatı aparmaq istəyən həkimlər isə edam olunurdular. Əbdülmalikin xəstəxanasında xəstələr dövlət hesabına müalicə olunur, korlar və vəbalılar yeməklə təmin edilirdilər.

Səhiyyə və təbabət müsəlman alimlərin ən böyük uğurlar qazandığı sahələrdi. Məhz İslam xilafətində dünyanın ilk xəstəxanaları, hərbi hospitalları, ilk tibb mədrəsələri inşa edildi. Dahi ibn Sina isə çağdaş səhiyyənin ulu babası sayıldı.

10 yaşında Quranı əzbər bilən, 18 yaşında şəriət, fiqh, fəlsəfə, həndəsə, təbiət elmləri, məntiq və ali riyaziyyatı öyrənmiş ibn Sina 18 yaşına çatanda artıq böyük həkim kimi tanınırdı.

İbn Sina yoluxucu xəstəliklər, anesteziya, insanın psixoloji və fiziki durumu arasında əlaqəni kəşf etdi, yüzlərlə ideyası ilə təbabətin ehkamlarının əsasını qoydu. Onun "Tibb elminin əsasları" kitabı tam 5 əsr boyunca Avropanın ən yaxşı və məşhur universitetlərində dərslik təki istifadə olunmuşdu.

Fizikaya gəldikdə, eksperimental fizikanın və optikanın banisi İbn əl Həysam sayılır. Optika qanunlarının çoxunu kəşf edən, fizioloji optika sahəsində gözün quruluşunu və binokulyar baxışın əsaslarını təyin edən əl Həysam işıq sürətinin məhdud olduğunu da iddia etmişdi.
İndi dünyadakı bütün foto və videoçəkilişlər məhz əl Həysamın ideyalarına borcludur.

Xarəzm şəhərində yaşamış dahi riyaziyyatçı Məhəmməd əl Xarəzminin cəbr və alqoritmlər, onluq hesab sistemi, kökaltı, triqonometriya və başqa onlarla kəşfi olmadan riyaziyyat elmini təsəvvür etmək mümkün deyil.

Sabun, saatlar, şüşə, ətirlər, silahlar, gəmiqayırma, xalçaçılıq, istehsalı mexanikləşdirmək üçün külək və suyun qüvvəsindən istifadə - bütün bunlar da İslam aləmindəki kəşflər idi.

Əhməd ibn əl Şətirlə yanaşı, azərbaycanlı alim Nəsrəddin Tusi də dünya elminə böyük təkan vermiş dühalardan idi. Hüquq, məntiq, fəlsəfə, riyaziyyat, səhiyyə, astronomiyada çox dərin biliklərə malik Tusi 1259-cu ildə Təbriz yaxınlığındakı Marağa şəhərində rəsədxananın əsasını qoydu. Marağadakı bu elm ocağı o vaxt dünyanın ən böyük rəsədxanası idi.

Kimyaya gəldikdə isə, bu elmin "ata"sı Cabir ibn Həyyan sayılır. Xlor, ammonium, limon, sirkə və şərab turşuları kimi onlarla turşunun xassələrindən bəhs edən ibn Həyyan kimyada təcrübələr vasitəsilə tədqiqatlar yolunun əsasını qoydu.

Fəlsəfədə ibn Rüşd və əl Kindi kimi alimlər elmin inkişafına çox böyük təsir göstərdisə, Əl Qəzali teologiya, sufizm, fiqh, məntiq və fəlsəfədə böyük irəliləyişlərin əsasını qoydu. Üstəlik, Əl Qəzali sufiliyin nəzəri bünövrəsini qoymuş adamdır.

Qərbin çox sonralar "İslam aləminin Leonardo da Vinçisi" adlandıracağı Əl Cəzari isə dahi mexanik, ixtiraçı, riyaziyatçı və astronom idi. O, 1206-cı ildə yazdığı "Kitab fi mərifət əl xiyal əl həndəsiyyə" kitabında 50 mexanizmin, o cümlədən saat, tüfəng, top, su nasosu, kodlu qıfıl, kompas, kompüter, videokamera və s.-nin iş prinsiplərindən bəhs etmişdi.

Diyarbəkir şəhərində yaşamış Əl Cəzarinin müəllimləri isə fəvvarə mexanizmini kəşf etmiş Banu Musa qardaşları, şam saatının müəllifi əl Səqani, düyməsi basılanda onlarla mahnı çalan ilk "musiqi yeşiyi"ni yaratmış Heybətulla ibn əl Hüseyni idilər.

Əl Cəzarinin kəşflər arasında çarxqolu və sürgüqolu, klapanlı su nasosları, sulu qaldırıcı kranlar, su saatları, fəvvarələr də var. O, dörd robot hazırlayaraq onları qayığa oturtmuş, təbil və tütək çalmağa "vadar" etmişdi.

Üstəlik, müsəlman alimlərin, xüsusilə də riyaziyyatçıların az qala hamısı həm də gözəl şairlərdi. İbn Sina, Ömər Xəyyam, Əl Biruni, İbn əl Yəsmin, İbn əl Qazi əl Fəsi, İbn əl Haim - onların nəzmi insanın ruhunu oxşayır.

VII əsrdə yaşamış dilçi alim Əl Fərahidinin şagirdi Əs Sibaveyh ərəb dilinin qrammatikasını yaratmaqla yanaşı, "Kitab ül Əyn" əsərində dil lüğətinin fonetik quruluşunun əsasını qoydu.

1200 il əvvəl o, riyaziyyatla linqvistikanı birləşdirməyə çalışmışdı.

Müasir riyaziyyatın baniləri isə iki nəfərdir.

Onlar biri İbn Yəsmin və ya tam adı Əbu Məhəmməd Abdullah ibn Məhəmməd ibn Həccac ibn əl Yəsmin əl Ədrini əl İşbili idi. Sevilya və Mərakeş sultanının sarayında yaşamış bu dahi 54 yaşında sultanın əmri ilə boğularaq quyuya atılmışdı. Onun yeganə əsəri "Əl Cəbr fil əl Müqabilə" idi ki, bu kitabında dahi riyaziyyatçı təvazökarlıqla "bütün biliklərimi müəllimindən, o nur çeşməsindən aldım" yazmışdı. İbn Yəsminin müəllimi isə riyaziyyat dühası Əhməd əl Cəbr əl Əballağ idi.

Riyaziyyatçı ibn əl Bənnanın şagirdi İbn Qazi əl Fəsi əl Miknasi 1437-1513-cü illərdə Mərakeşin Miknas şəhərində yaşamış və cəbrin əsas qanunlarını inkişaf etdirmişdi.

Avropada elmin orta əsrlərin sonlarından başlayaraq sürətli inkişafını anlamağa çalışan şəxs mütləq təqdirdə görəsidir ki, bu sıçrayış ərəb alimlərinin əsərlərinin tərcüməsi və sonradan öyrənilməsi ilə bağlı idi. Çünki məhz İslam aləmi bir sıra elmlərlə yanaşı, dühaların beşiyi olmuşdu.

Müasir elm və texnikanın tərəqqisinin əsasını təşkil edən fundamental tədqiqatların baniləri də müsəlmanlar idi.

Bunu çox adi misallarla sübut etmək olar.

Məsələn, aeronavtika və astronomiya ilə bağlı texniki terminlər lüğətinə baxsaq, səma cisimlərinin 65 faizinin adının ərəb mənşəli olduğunu, sonradan Avropa xalqlarının mifoloji elementləri ilə adlandığını görərik.

Avropalı alimlər və düşünərlər arasında həqiqəti hər şeydən uca tutanlar İslam elminin təsirini inkar edə bilmirdilər.

Məsələn, Markiz Dafferin yazırdı: "Orta əsrlərin məşum qaranlığından qurtulmağına görə Avropa müsəlman elmi, müsəlman incəsənəti və ədəbiyyatına borcludur".

Con Denison isə deyirdi: "6 və 7-ci əsrlərdə avropa xaos astanasında idi. İnsanlarımıza birlik hiss vermiş köhnə mədəniyyəti hökmdarlar devirmiş və onun yerini tuta biləcək yeni heç nə verməmişdilər. 4 min il ərzində yaradılan mədəniyyətlə sivilizasiya yox olmaq ərəfəsində idi. Avropalılar bütün tayfalar və xalqların bir-birləriylə vuruşduğu, qanun və ədalətin olmadığı qaranlıq çağlara qayıdırdılar. Məhz o vaxtda İslam aləminin elmi qaranlığı nuru ilə yardı və avropalıları məhv olmaqdan qurtardı".

Avropanın dahiləri arasında ön yerlərdən biri tutan İsaak Nyuton Əbu Reyhan Məhəmməd ibn Əhməd əl Biruni barədə yazmışdı: "O, əsl düha idi. Riyaziyyat, astronomiya, fizika, botanika, coğrafiya, geologiya, mineralogiya, etnoqrafiya, tarix və xronologiyaya onun töhfələri əvəzsizdir".

Dahi fizik Albert Eynşteyn isə həmişə deyirdi ki, Biruni Yerin öz oxu ətrafında fırlandığı və Günəş ətrafında dövr vurduğunu Qalileo Qalileydən 6 əsr əvvəl kəşf etmişdi: "Biruni bəşəriyyət tarixinin ən böyük intellektualıdır".

Zülməti yaran nur topaları

İndisə müsəlman alimləri və onların bəzi kəşflərinə nəzər salaq.

Əbül əla Ələddin ibn Əbül Həzm ibn ən Nəfis 1213-1288-ci illərdə Misirdə yaşamışdı. "Əş Şamil fit Tibb" əsərinin müəllifi kiçik və ağciyər qan dövranı barədə nəzəriyyənin müəllifidir.

Əmmar ibn Əli əl Məusili ibn İsa əl Kəhhal. 10-cu əsrdə Qahirədə yaşamış bu dahi müasir oftalmologiyanın banisi olmaqla yanaşı, katarakta əməliyyatını da kəşf etdi və bu əməliyyat indi "Əmmar əməliyyatı" adlanır.

Əbubəkr Məhəmməd ibn Zəkəriyyə ər Razi 865-925-ci illərdə Təbrizdə yaşayıb. O, dünyada ilk dəfə yaralara pambıq qoyulması, sınıqların müalicəsində gipsdən istifadə edilməsini gerçəkləşdirib, boğaza düşmüş nəsnələri çıxarmaq üçün xüsusi alət hazırlayıb.

Müvəffəq əd Din əbu Məhəmməd bin Yusif Əbdül Lətif əl Bağdadi müasir stomatologiyanın "atası" sayılır.

Məhəmməd ibn Əbdül Əziz əş Şərif əl İdrisi (1100 - 1165) dünyada qitələr və materiklərin sayını dəqiq göstərmiş, Cənubi və Şimali Amerikalar, Avstraliya və Antarktidanın varlığından bəhs etmişdi.

Türk sultanı Fateh Mehmetin müəllimi və tərbiyəçisi olmuş Axşamsəddin (1389- 1459) dünyada ilk dəfə mikrobları kəşf etmişdi.

Münacit Kəmbur əs Vəsim hələ 734-cü ildə vərəm və taun mikroblarını aşkarlayıb.

İbrahim Cəssar ən ağır dəri xəstəliklərinin müəlicəsini təklif etmiş, Lütfullah ibn Xətib (1313-1374) isə vəbanın yoluxucu olduğunu sübut etmişdi.

994-cü ildə dünyasını dəyişmiş Yasər Əli bin Abbas xərçəng şişinin cərrahiyyə əməliyyatı ilə kəsib götürülməsi ilə bağlı ilk əməliyyatı gerçəkləşdirmiş və əsrlər boyu Avropada xərçəng şişləriylə bağlı ən səhih mənbə sayılan "Kitabul Maliki"ni yazmışdı.

Riyaziyyata gəldikdə isə, İbn Bəttani sinus, Əbul Vəfa - tangens, kotangens və kosekans; Nəsrəddin Tusi - triqonometrik tənliklər, İbn Yunis - triqonometrik formullar və teoremləri dünyaya verdisə İsaak Nyutona şamil edilən binom formulunu hələ Ömər Xəyyam kəşf etmişdi.

Və ya avropalı alimlərin bir çoxu əminliklə yazırdılar ki, riyaziyyatda funkasiya anlayışının vətəni Avropadır. Lakin onlar əla bilirdilər ki, funksiya anlayışının müəllifi Biruni idi. İndi buna kimsə şübhə etmir.

Riyaziyyatda onluq hesablama sisteminin və hesablamalarda vergülün "atası" isə 1429-cu ildə dünyasını dəyişmiş düha Cəmşid Qiyasəddin idi.

Gələk astronomiyaya. Bu elmin adı çəkiləndə indi universitet və məktəblərdə Cordano Bruno, Kopernik, Qalileo Qalileydən iqtibaslar gətirilir. Olsun, onlar da dahi alimlərdir. Fəqət, həmin alimlərin kəşflərini onlardan əsrlər əvvəl müsəlman elm dühaları dünyaya bəxş etmişdilər.

Məsələn, avropalıların "biz kəşf etmişik" dedikləri astrolyabiyanı, yəni ulduzların yerini müəyyənləşdirib onların arasındakı məsafəni ölçən cihazı Əbu Yasif əl Maşallah kəşf etmiş, Zərqali isə 1054-cü ildə ən dəqiq "üsturlab"ı, yəni astrolyabiyanı hazırlamışdı.
IX əsrdə Əbu Musa qardaşları Yerin kürə olduğuun deyərək ekvatorun uzunluğunu hesabladılar. Fərqani Günəşdə ləkələr olduğunu kəşf etdi, Bəttani Günəş ilini hesabladı.

Uluqbəy dövrünün ən böyük astronomu kimi tanınmaqla yanaşı, Səmərqənddə ən böyük rəsədxananı tikdirdi.

Əl Quşci Yer ekliptikasının əyriliyini hesabladı, Bitruci Günəş sistemində 9 planetin olduğunu kəşf etdi.

Cabir bin Əflaf hələ XII əsrdə azimut dərəcəsini hesabladı ki, bununla da ulduzların parlaqlığı və koordinatlarını dəqiqləşdirmək asanlaşdı.

Əbdüləzih İsmayıl əl Cəzuri kibernetikanın banisi oldu, Əl Fərabi səs dalğalarını kəşf etdi, İbn Gərrar tokar dəzgahını hazırladı, İsmayıl Cövhəri dünyada səmaya qalxaraq uçan ilk insan oldu.

XVII əsrlə yaşayan "Xəzərfənn" ləqəbiylə tanınmış Əhməd Çələbiyə gəldikdə isə, o, İstanbuldakı Qalata qülləsindən Üsküdardakı Doğanlar qəsrinə qədər uçmuşdu.
Türk sultanı IV Muradın sarayında usta olan "Ləğari" Həsən Çələbi isə dünyanın ilk raketini hazırlamışdı.

Xəzini "Mizanul Hikmət" əsərində bir çox maddələrin çəkisini vermiş, havanın sığlığını aşkarlamışdı.

721-805-ci illərdə yaşamış və "kimyanın atası" adlanmış Cabir bin Həyyan atomun daxilindəki böyük enerjidən, yəni radioaktivlikdən bəhs etmiş və "Bağdadı dağıda biləcək silah"ın hazırlana biləcəyini yazmışdı.

Coğrafiyaya gəldikdə isə, İbn Bətuti (1304-1369) və Övliya Çələbinin (1611-1682) bütün qitə və materikləri dolaşdıqları şübhə doğurmur.

Şimali və Cənubi Amerikaların varlığını hələ Piri Rəis (1465-1554) "Kitabül Bəhriyyə"də yazmışdı.

Məşhur səyyah Vasko da Qamanın (1450-1554) bələdiçisinin ərəb Yəsri ibn Məcid olduğunu az adam bilir.

İraqlı Mursəl əl İbrahim isə 13-cü əsrdə Şimal Qütbü və Arktikanın təqribi xəritələrini hazırlamışdı.

Baytarlıq elminin banisi İbn Baytar (1190-1248) həm də 1400 bitki və otun geniş şərh olunduğu kitabın müəllifidir.

Zollogiya elminin inkişafında Məcrun əl Dəmirinin (1349-1405) "Həyatul həyavan" əsəri və İbn Əvvamın (XII əsr) araşdırmalarını bilməmək mümkün deyil.

Sosiologiya elmi 1332-1406-cü illərdə yaşamış İbn Haldunsuz ağla gəlmirsə, 1489-1588-cü illərdə ömür sürmüş Memar Sinanın yaratdıqları inciləri dünya memarlığına təkan vermiş ünsürlər saymaq da caizdir.

...Onlar İslam dünyasının alimlərindən bəziləri, dünya elminin indiki vəziyyətdə olmasında müstəsna əməyi olan insanlardır. Nə yazıq ki, bu dühaların çoxunun adlarını ya bilmirik, ya da bilməyə çalışmırıq. (İslamazeri.com)

Nə yazıq ki, bu dühaların çoxunun adlarını ya bilmirik, ya da bilməyə çalışmırıq.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-24-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap